Rövnəq Abdullayevin korrupsia bataklıgına soxdugu SOCAR 249 milyon avro kredit alır


12439521_1731817063721360_5987179971776670737_n

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtdakı Karbamid Zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi üçün Cənubi Koreyanın “Eximbank”ı (KEXİM) və Avropanın 3 nüfuzlu bankı ilə danışıqların ilin sonuna kimi yekunlaşması gözlənilir. Bu barədə jurnalistlərə açıqlamasında zavodun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, bunlar “Deutsche Bank”(Almaniya), “Societe Generale” (Fransa) və “UniCredit” (İtaliya-Almaniya) banklarıdır: “Layihə ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Bu məqsədlə büdcədən 205 mln. manat vəsait alınıb. 2015-ci ildə isə beynəlxalq kreditlərin cəlb olunmasına dair qərar qəbul olunub”.

 X.Cəfərov qeyd edib ki, indiyə qədər xarici banklardan 201 mln. avro kredit cəlb edilib: “Daha 300 mln. avro cəlb olunması üçün danışıqlar aparılır. Yəni, cəlb edilən vəsaitlə birgə ümumilikdə 500 mln. avro kredit nəzərdə tutulub. Ümumi kredit vəsaitinin 51%-i (251 mln. avro) KEXİM-dən, qalan 249 mln. avro isə Avropa banklarından cəlb ediləcək. Bu banklar KEXİM-in zəmanəti ilə kredit ayıracaq”.