Azadlıq Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi tədbir keçirdi


Azadlıq Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi tədbir keçirdi
Tədbirdən fotolar

KXCP qərargahında “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığıyla – “Ölkədə insan haqlarının vəziyyəti” ilə bağlı Dəyirmi Masa keçirilib. Dəyirmi Masada, Mirmahmud Mirəlioğlu, Əhməd Oruc, Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Elşad Musayev, Əli Əliyev, Sərdar Əlibəyli, Aytəkin İmranlı və digərləri çıxış edib.

Çıxış edənlər, mövcud hakimiyyətin sistemli siyasəti nəticəsində ölkədə insan haqlarının vəziyyətinin pisləşdiyini, repressiv bir rejimin sivil cəmiyyət institutlarını sıradan çıxarmaq üçün hər bir vasitədən istifadə etdiyini bildirib.

İnsan haqlarının və azadlığının təlimatçısı kimi çıxış etməli olan hakimiyyətin heç bir qanuna məhəl qoymadan, müxalifət düşüncə daşıyıcılarına total hücumu pislənib.

Heykəl məhbuslarına, Əli İnsanova, İlqar Məmmədova və dugərlərinə qarşı məhkəmələrin qeyri – qanuni repressiyasının yolverilməz olduğu bildirilib. Gözəl Bayramlıya qarşı təhdidlər pislənib.

Dəyirmi Masa iştirakçıları – BMT-nin İnsan Hüquqları Komitəsinin, Reportyorların Azadlığı İnstitunun Azərbaycanda İnsan Haqlarının vəziyyəti ilə bağlı hesabatlarını müdafiə etdiklərini, Azərbaycanda mövcud rejimin həmin hesabatlarda göstərilənlərdən daha dözülməz olduğu vurğulanıb.

Dəyirmi Masa İştirakçıları ölkədəki vəziyyətlə bağlı müzakirələrin davam etdirilməsi barədə razılığa gəlib.