Rəsul Quliyev: Ərdoğanı “Avropa ölkələrinin liderləri ciddi qəbul etmir”


644513_349773148467995_1959988521_n

Avropa birliyinə daxil olan ölkələrin XİN-ləri tezliklə Gürcüstan və Ukrayna vətəndaşları üçün vizasız gediş gəlişi qərarının verilməsini dəstəklədi. Bu məsələ 2014-cü ildən gündəlikdə idi və finalı belə olacaqdı əvvəlcədən məlum idi.

Bunu Azərbaycanın Eks Spikeri,hazırda Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev bildirib.

R.Quliyev daha sonra bunları əlavə edib: “Türkiyə vətəndaşlarının 50 ildən çoxdur Avropa birliyinin üzvü olmaq, vizasız gedib gəlmək arzusunu Prezident Ərdoğan totalitar rejim yaratmaq ambisiyası ilə darmadağın etdi. Bu insanın 3-cü dünyanın ölkələrindən biri sayılan Türkiyənin hansı isə ”B” planının olduğundan dəm vurması, Avropa ilə hərbə zorla danışması gülünc doğurur, artıq nə Yaxın Şərqdə, nə də Avropada heç kim onu ciddi qəbul etmir.

Türkiyəyə liderlik etdiyi 14 il müddətində vaxtı ilə Avropanın ən güclü ordularından biri hesab edilən Türk ordusunu daim repessiya etməklə elə ağlar vəziyyətə salıb ki, ordu 10 günə Suriyada olan iki kiçik kəndi Kürdlərdən ala bilmirdi”

Keçmiş spiker digər Cənubi Qafqaz ölkələri haqqında əlavə edir ki: “Avropa birliyinin nazirləri Ermənistanlada vizasız rejimə baxılmasına tərəfdar olduğlarını elan ediblər. Azərbaycandan söhbət getmir. Gedədə bilməz. Çünki seçkilər elə həyasızlıqla saxtalaşdırılır ki, Azərbaycan adını belə eşitmək istəmirlər. Azərbaycanın torpaqlarının azad edilməsi prezidentin boş boşuna hədələrindən asılı deyildir ancaq və ancaq ölkədə azad seçkilərin keçirilməsindən asılıdır. Bunu bilə bilə seçkiləri saxtalaşdıranların biz xalq üçün çalışırıq deməyə hansı haqqı və hansı üzü ola bilər”