Azadlıq- Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib


21800
Bu gün KXCP qərargahında Azadlıq- Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib.
Mərkəzin təşkilatçılığı ilə noyabrın 8-də “Ölkədə insan haqlarının vəziyyəti” mövzusunda keçirilən Dəyirmi Masanın nəticələri müsbət qiymətləndirilib. Həmin tədbirdə “Milli Demokratik Qüvvələrin real durumu və perspektivləri”  ilə bağlı Dəyirmi Masa keçirilməsi barədə təklifin reallaşması  istiqamətində zəruri addımların atılması, bu məsələnin siyasi partiyalarla  müzakirəsindən sonra noyabrın sonunda həmin tədbirin keçirilməsi qərara alınıb.
Mərkəzin iclasında Rusiya və Ermənistanın birgə ordu yaratmaq barədə qərarı müzakirə olunub. Həmin qərarın Dağlıq Qarabağ probleminin həllində çox ciddi  bir maneənin yaradılması,  Azaərbaycanın problemi güc yolu ilə həll variantından imtina məqsədi ilə verildiyi bildirilib. Azərbaycan hakimiyyətinin bu məsələ ətrafında fəaliyyətinin tam yarıtmaz olduğu, öz yarıtmaz fəaliyyətini ört-basdır eləmək üçün xalqa yalan informasiyalar verdiyi qeyd olunub.
Yığıncaqda ölkədəki sosial-iqtisadi vəziyyət müzakirə olunub.  Ölkədə hökm sürən iqtisadi böhran və hakimiyyətin yarıtmaz siyasəti nəticəsində əhalinin yaşayış səviyyəsinin günbəgün pisləşdiyi  qeyd olunub.   Ölkədəki aztəminatlı təbəqənin və işsizlərin minimum tələblərinin ödənilməsi ilə bağlı hakimiyyətin hər hansı br proqramının olmadığı, qiymətlərin hər gün artdığı bir vəziyyətdə əməkhaqlarının indeksasiyasının zəruriliyi bildirilib.
Azadlıq-SPƏM 17 noyabr Milli Dirçəliş  günü münasibətilə Azərbaycan xalqını təbrik edib.