Sabirabadda müəllimlər üsyana qalxır


 Sabirabad regional maliyyə idarəsinin rəisi Elxan Əsədov müəllimlərə gözləməyi məsləhət görür

 Sabirabad rayonunda müəllimlər mümayişe hazırlaşırlar.2 aydır maaşlarını ala bilməyən müəllimlər yaranmış acınacaqlı vəziyyətin bütün rayon məktəblərində yaşandığını bildirirlər.
Maaşlarının gecikmə səbəbi ilə bağlı Təhsil Nazirliynin 14 saylı Sabirabad rayon regional maliyyə idarəsinin rəisi Elxan Əsədova müraciət etsələr də onun cavabı birmənalı olub. E.Əsdov müəllimləri kobud şəkildə otağından qovaraq gözləməyi məsləhət görüb. Əmək haqlarını ala bilməyən müəllimlər buna etiraz etsələr də, müsbət bir dəyişiklik olmayıb.
Məlumata görə, müəllimlər 2 aydır ki, ölkə təhsilinin inkişafında rolu olan bir ziyalı təbəqəsi kimi maaşlarını ala bilmirlər. Bunun da səbəbləri açıqlanmır.Məktəb direktorları da öz növbəsində problemlə baglı gah deyirlər ki, büdcədə kəsir var, gah da ilin sonunda hesablama işlərinin getdiyi bildirirlər. Sabirabad rayonunuda maaşları gecikdirilən müəllimlər məktəbə gediş-gəliş üçün pulun olmadığını bildirirlər.Bu vəziyyətlə baglı adı çəkilən şəxsin və məsəslə ilə baglı aidiyyatı qurumların cavablarınıl gözləyirik.