Əhməd Oruc: “Müqəddəs mübarizə davam edir”


oruc

 

Biz milli dövlət dedikdə 100 minlərlə, məmur, müəllim, həkim, hakim, prokuror, polisin millətin iradəsini, seçkiləri saxtalaşdırmasını nəzərdə tutmamışdıq.  

 

  • Biz milli dövlət dedikdə KQB arxivlərinin millətdən gizlədilməsini, bu günə qədər də Moskvanın nəzarətində olan “millətçilərdən” yaxa qurtara bilməməyimizi nəzərdə tutmamışdıq.
  • 1988-ci ilin meydan hadisələrindən 28 il keçir. Hər yubileydə təntələrlə yanaşı istər-istəməz  ötənlərə bir baxış, bir hesabat, biz hara gəlmişik kimi suallara da cavab vermək lazım gəlir.  Bu gün maddi sıxıntılar işində olan yaşlı nəslin  əksəriyyəti ya səssiz, ya da  səsli sovet dönəmi ilə indiki dönəmi müzakirə edir və istər-istəməz nastalyi hissləri ilə ötənləri xatırlayır.  Mən AXC Nərimanov şəbəsinin yaranmasında,  sonradan rayonlarda cəbhənin formalaşmasında ilk gündən iştirak edənlərdənəm, milli dövlət və onun üstünlükləri ilə bağlı minlərlə yığıncaqlarda çıxış etmişəm, məqalələr yazmışam, müsahibələr vermişəm və bu gün də milli dövlət modelinin bir millətin idarə olunmasının ən ali forması olduğuna inanıram. Bu modelin örnəyi  milli-demokratik-sosial dövlət  Norvecdə, İsveşdə, əksər  Avropa ölkələrində, Kanadada  və s. ölkələrdə qurulub.
  • Əvvala, bir məsələyə aydınlıq gətirək ki, müasir dünyada millət dedikdə vətəndaşların toplumu nəzərdə tutulur, bizdə millət və milliyət (etnik mənşə) anlayışları  qarışdırılır və bu məsələdən də Azərbaycandakı masqalı imperiya nökərləri milli dövlətçilik əleyhinə istifadə  edirlər.
  • İkincisi, əksər institutların qarşısında milli epiteti yapışdırılsa da, indiki dövlət milli dövlət adlandırılsa da real anlamında indiki dövlət milli dövlət deyil. Milli dövlətin tiraniyadan, avtoritarizmdən, monarxiyadan, totalitarizmdən fərqi onun millətin iradəsi ilə idarə olunmasıdır. Hamıya bəllidir ki, indiki hakimiyyətin bütün seçkili strukturları saxta yolla yaradılıb, heç bir hakimiyyət strukturu  milli iradə qarşısında hesabatlı deyil .
  • Üçüncüsü, biz milli dövlət dedikdə 100 minlərlə, məmur, müəllim, həkim, hakim, prokuror, polisin millətin iradəsini, seçkiləri saxtalaşdırmasını nəzərdə tutmamışdıq. Biz millətin  bütün üstün zəkalarının milli problemlərin həllinə cəlb olunmasını nəzərdə tutmuşduq, saxta, oyuncaq parlament, bələdiyyələr hoqqabazlığını nəzərdə tutmamışdıq.
  • Biz milli dövlət dedikdə minlərlə, on minlərlə ziyalımızın ölkədə baş verən haqsızlıqlara boyun əyəcəyini, latergiya yuxusuna gedəcəyini nəzərdə tutmamışdıq.
  • Biz milli dövlət dedikdə hakimiyyətin neokommunistlərə. imperiya təbəliyi instikti daşıyıcılarına təhvil veriləcəyini nəzərdə tutmamışdıq.
  • Biz milli dövlət dedikdə KQB arxivlərinin millətdən gizlədilməsini, bu günə qədər də Moskvanın nəzarətində olan “millətçilərdən” yaxa qurtara bilməməyimizi nəzərdə tutmamışdıq. 
  • Biz milli dövlət dedikdə milli sərvətlərin bir neçə hakim ailə tərəfindən talan olunmasını nəzərdə tutmamışdıq. Biz millətin böyük bir qisminin ac-yalavac olması, hakimiyyətdəki bir  oğru və quldur  məmurların milyardalar sahibi olmasını nəzərdə tutmamışdıq. Biz milli hakimiyyət dedikdə maddi dolanışıq ucbatından, hakimiyyətin antisosial siyasəti ucbatından minlərlə ailənin dağılması, yüz minlərin ölkəni tərk etməsi, evsiz insanların küçələrdə qaldığı, yüz minlərlə insanın heç bir şəraiti olmadığı bir şəraitdə yaşaması, hakimiyyətin “sivil görüntü” naminə  küçə itlərinə milyonlar xərcləməsini nəzrədə tutmamışdıq.   Biz milli dövlət dedikdə Leninin heykəllərini uçurub, yerinə ac millətin milyardlarını xərcləməklə H.Əliyev mərkəzləri, parkları, heykəlləri, seyrangahları, büstləri, plakatlarını tiraylamağı nəzərdə tutmamışdıq. Biz iqtisadi sarsıntılar içində olan ölkənin paytaxtında əsas yolları aylarla bağlayıb Formula 1 yarışları kecirməyi, bir avantüraya milyonlar xərcləməyi nəzərdə tutmamışdıq. Biz evroviyn mahnı yarışmalarına, Avropa oyunlarına milyardlar xərcləyib 3-cü qrup əlilə 55 manat verməsini nəzərdə tutmamışdıq. Biz milli-demokratik dövlət dedikdə  maddi cəhətdən təmin olunmuş bir cəmiyyət nəzərdə tutmuşduq, bir qarın çörəyə möhtac edilmiş toplumla “demokratiya” teatrı qurmağı nəzərdə tutmamışdıq.
  • Bu sadaladıqlarım Azərbycanda hələ gercək milli dövlətin yaranmadığını tam ortaya qoyur. Milli-demokratik-sosial dövlət bu gün dünyada insanlarının hər cürə təmin olunduğu, bütün azadlıqlarının və hüquqlarının de fakto realizə olunduğu bir modeldir.  Və nə qədər acı olsa da Azərbaycan cəmiyyətinin əksəriyyəti  bu cür  üstün bir modelin bərqərar olması və qorunması uğrunda öz rolu və vəzifələrini dərk etmir və ya ona hazır deyil.  Zənnimcə əsas problem cəmiyyətin yetərincə savadlanması, milli dövlətin üstünlüklərini dərk və realizə edəcək bir təbəqənin formalaşması ilə bağlıdır.
  • Problemin əsas ağırlıqlarından biri bu illər ərzində “milli xətdə olan” liderlərin də yetərli inkişaf etməməsi ilə bağlıdır.  Milli xəttin liderlərinin yetənəksizliyi antimilli xəttin bütün çalarlarına münbit şərait yaradır. Bu “lider”lərin bir qismi hələ də hesab edir  ki, SSRİ-ni şəxsən o “dağıdıb” ,  bir qismi böyük dövlətlərin hörümçək torunda “milli şüarlar səsləndirir”. “Önəmli milli liderlərin” bir qismi ya hakimiyyətlə bazarlaşma, ya da hakimiyyətin xofu ilə  Azərbaycan daxili siyasəti ilə bağlı münasibət bildirməyə şəkinir,  “dünya azərbaycanlılarının, Cənubi Azərbaycanın, islam dünyasının” problemləri ilə məşğuldur.
  • Həqiqi milli dövlət quruculuğu uğrunda müqəddəs  mübarizə davam edir. Milli dövlətin mahiyyətini dərk edən hər bir şəxsin bu dövlətin qurulması üçün bütün eneryisini xərcləməsi üçün böyük bir Müqəddəs meydan var. Bu yolda olanların hər birinə uğur arzulayıram. Bu yolda hər bir şəxsin və millətin qələbəsi qaçılmazdır. Bayramınız mübarək, milli ideyalar, milli dövlət yolunda mücadilələriniz mübarək.
  •  
  • Əhməd Oruc, Azadlıq Partiyasının sədri