Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov saxlanılıb


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bir neçə gün əvvəl Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılıb. 

 

  • Bu barədə məlumat  İbrahimovlar ailəsinə yaxın mənbədən məlumat daxil olub. Məlumatda bildirirlir ki, sahibkar kimi vergi uçotunda dayanan Sahib İbrahimov dövlətə olan 1.5 milyon vergi borcunu ödəməkdən yayınır. Dəfərlərlə xəbərdarlıq edilməsinə, möhlət verilməsinə baxmayaraq, o, vergi borcunu ödməyib. Nəhayət, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunan Sahib İbrahimov elə oradaca şübhəli şəxs qismində saxlanılıb. 2 sukta nazirliyin müvəqqəti saxlama yerində saxlanılan iş adamı sonradan “yuxarıdan” gələn zənglə sərbəst buraxılıb.

 

  • Hacı İbrahimlidə daxil  onun  qardaşlarının adı ölkədə bir çox qalmaqallarda hallanır. Belə ki, Sahib İbrahimovdan əvvəl Hacı İbrahim Nehrəmli dövlətə olan kredit borcunu qaytarmadığına görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunmuşdu.