Avropa İttifaqından Azərbaycana sərt xəbərdarlıq


Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətini müxalifətçi İlqar Məmmədovu azad etməyə və Avropa Şurasının üzvü kimi öz öhdəliklərini yerinə yetirməyə çağırır.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində Əliyev hakimiyyəti tərəfindən saxta ittıhamlarla  ittiham edilərək 7 il azadlıqdan məhrum edilib

cms-image-000020955.

O ittihamə qəbul etmir və siyasi sifariş adlandırır.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Avropa Şurasının Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb.

Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.

Aİ-nin 21 noyabr tarixli bəyanatında deyilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində öz öhdəliklərinə əməl etməyə və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə “borcludur”.

“Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədovun apellyasiya məhkəməsinin qəraraından şikayətini təmin etməkdən imtina eməsi Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-cü il qərarına ziddir”, bəyanatda vurğulanır.

Bu, Aİ-nin REAL Hərəkatının lideri İlqar Məmmədovun işi üzrə birinci bəyanatı deyil. Ötən gün Avropa Şurasının baş katibi Tornbörn Yaqland da hakimiyyətin İ.Məmmədovu azad etməməsini pisləyib.