Eldar Mahmudovun arxasında duran figur Prezident İlham Əliyevdir


365922_001

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirərək, millət və dövlət üçün milli təhlükə mənbəyi olan Eldar Mahmudovun dəstəsi həbs olunmasına baxmayaraq, özü azadlıqda sərbəst gəzir.Eldar Mahmudovun bu  qədər cinayyətlərini bilən ölkə prezidenti İlham Əliyev hələdə bu barədə açıklama vermir.Niyə

Eldar Mahmudov milyardları tək yeyə bilməzdi.Ona görə də Eldar Mahmudov hələdə həbs edilmir

Hələ bu azmış kimi “MTN İşi” çərçivəsində istintaqa cəlb olunan Eldar Mahmudov deyəsən, başının üstündəki qara buludların çəkildiyi qənaətinə gəlib.

 

Məlumatda qeyd olunur ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi (həmin müstəntiqin kimliyi redaksiyamıza bəlli olsa da bir sıra səbəblərdən açıqlamırıq-red.) bir neçə gün əvvəl Eldar Mahmudova telefon açaraq, onu istintaqa dəvət edib. Müstəntiqin bu çağrışını sərt təpkiylə qarşılayan “Qanqster nazir” onu ağır ifadələrlə təhqir edib.

“Sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz” deyən Mahmudov telefonun dəstəyini asıb.

Məlumatda o da bildirir ki, Eldar Mahmudovun bu davranışı ilə bağlı Baş Prokurorluğun rəhbərliyi Prezident Administrasiyasını məlumatlandırıb.

Mahmudovun bu özünə arxayınlığının nə zamana qədər davam edəcəyini isə yaxın gələcək göstərəcək.