Azərbaycan Gömruk Komitəsinin qaçak yolla buraxdıgı böyük miqdarda brilyant saxlandı VİDEO


 

Azərbaycan ərazisindən Gürcüstana keçirilən böyük miqdarda brilyant qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.

Bu məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Məlumata görə, noyabrın 23-də şübhəli şəxs qismində saxlanılanlar Azərbaycan-Gürcüstan sərhədini “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən keçiblər. Onlar özləri ilə 557 ədəd brilyantı sərhəddən keçirməyə nail olublar. Brilyant şübhəlilərin pul kisəsindəki xüsusi saxlanc yerində və paltarlarında gizlədilib. Lakin gürcü gömrükçüləri onları saxlayıb.

Faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılanların kimliyi və hansı ölkə vətəndaşı olduqları göstərilmir.

Bunada bax Tıkla oxu –    AZƏRBAYCAN HAKIMIYYƏT DAIRƏLƏRINƏ AID 178 KILO HEROIN SAXLANIB

Sayt bildirir ki, 2 il əvvəl Azərbaycandan maye halında keçirilən 3 ton heroin Gürcüstan gömrükçüləri tərəfindən saxlanılmışdı. Yükün əfqan mənşəli olduğu, İran üzərindən Azərbaycana, oradan isə Avropaya daşınmaq üçün Gürcüstana keçirildiyi məlum olmuşdu.