Atasının goruna 932 adama söydürən Milli Məclisdə Millət Vəkilidir


936473_459107474186598_92527584_n.jpgAqil Abbasdan sərsəm açıklama “Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”

Dəyərli oxucular görün indi Milli Məclisdə Xalqı kim tərənnüm edir.Əxlaqsız konuşmaları ucbatından dogma atasının goruna söydürən zaddan Millətə Vəkil cıxarmı

1447663818_oqtay
Spiker Oqtay Əsədov: ”Bu, nə xəstəlikdir, bir çoxumuz müsahibə vermək üçün sino gedirsiz”

“Azərbaycanda 3 deputatı söyürlər: Fazil Mustafanı, Hadı Rəcəblini və məni”.

Bu sözləri Milli Məclisin iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, son günlər internet məkanda onun fikirlərini kontekstdən çıxarıb, hədəfə götürüblər: “Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”.

A. Abbas həmkarlarını onlara dəstək verməkdə aktiv olmağa çağırıb:

“Hərə yaxasını çəkib bir kənara, iki-üç deputatıq, hədəfdə qalmışıq. Bu işləri edənlər cəzasını almalıdırlar. Dostum Vahid Əhmədov demədiyi halda, adından yazıblar ki, maaşı azlıq edir. Axı, elə söz deməyib. Yaxud, dostum Tahir Kərimli açıqlama verir ki, maaşını alanda utanır. Qardaş, utanırsan, alma. Kimin maaşı çoxluq edirsə, aparıb ehtiyacı olana versin”.

Sədr Oqtay Əsədov isə cavabında bildirib ki, deputatlar internet resurslarına müsahibə verərkən diqqətli olmalıdırlar:

“Bu, nə xəstəlikdir, bir çoxumuz müsahibə vermək üçün sino gedir. Müsahibə verdiyiniz saytlara da baxın ki, sizin sözünüzü bir yox, bir neçə dəfə təhrif edib verə bilərlər. Hadı Rəcəbliyə eşq olsun. Mən Hadı müəllimdən şəxsən xahiş etdim ki, müsahibə verəndə bilsin hara və necə müsahibə verir. Diqqətli olmaq lazımdır. Amma hamı bəhsə girib müsahibə vermək istəyir və nəticədə belə olur”.

Deputat Fəzail Ağamalı isə O. Əsədovdan A. Abbasa xəbərdarlıq edilməsini istəyib.

O bildirib ki, A. Abbas hər dəfə söz alıb deputatlara ağıl öyrədir. O, A. Abbasın maaşla bağlı iradlarını qəbul etmədiyini də bildirib.