SOCAR-ın büdcə ödənişləri azalmaqda davam edir


socar_trading_logo_120115

SOCAR tərəfindən bu ilin noyabr ayında dövlət büdcəsinə 116 mln. 193 min manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 17 mln. 406 min manat və ya 13,03% azdır.

Tıkla oxu –  Rövnəq Abdullayevın korrupsioner şəbəkəsi

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında büdcəyə 1 mlrd. 266 mln. 365 min manat vəsait ödənilib ki, bu da 2015-ci ilin 11 ayı ilə müqayisədə 138 mln. 510 min manat və ya 9,86% azdır.

Bundan əlavə, bu ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 mln. 381 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 1 mln. 192 min manat və ya 10,65% çox olub.

Bunuda oxu –  Quru neft yataqlarından ogurlanan milyard dollarlar

Ümumiyyətlə, Bu ilin yanvar-noyabr aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 131 mln. 751 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 mln. 145 min manat və ya 4,06% çox olub.