“Mühacirin Valideynləri Təhdit Olunur”


ACP fəalı olan Mustafayev Anar Arif oğlu 2011-ci ildən günümüzə qədər dəfələrlə təqib və təzyiqlərə məruz qalmışdır.

Mustafayev Anar 2008-ci ildən Açıq Cəmiyyət Partiyasının üzvü olub. Hakimiyyətin apardığı siyasəti sərt tənqid etməsi və müxalifətə, xüsusən “ Milli Şura ” – ya dəstək verməsi Anar Mustafayevin oxuduğu Ali təhsil ocağından qovulmasına səbəb olmuşdur.
Bakı Dövlət Universitetinin rəhbərliyi 2013-cü il Avqust ayında müxalif təşkilatların təbliğatını həyata keçirdiyinə və “YAP” hakimiyyətinin əleyhinə təbliğat apardığına görə Anarı təhsil aldığı “Hüquq” fakultəsindən qovmuşlar. Səbəb kimi də onun Universitetdə, tələbələr arasında İqtidarın əleyhinə təbliğat aparması göstərilib. Belə ki, Mustafayev Anar Arif oğlu ictimai asayişi pozmamasına baxmayaraq Nərimanov rayon Məhkəməsi tərəfindən qanunsuz olaraq 19.06.2011-ci il tarixində 10 sutka həbs və 500 (beş yüz) manat məbləğində maddi cərimə edililmişdir. Növbəti dəfə Nərimanov Məhkəməsi 12.10.2013-cü ildə yenidən Anarı heç bir asayışı pozmamasına baxmayaraq 30 sutka inzibati həbslə cəzalandırmışlar.

Anar Musatafayevə həbsdən sonra bir çox təhdid dolu anonim zənglər gəlmişdir. Həmçinin, 2015-ci ildə Anarın həyat yoldaşı Səbinə xanıma dəfələrlə, gizli nömrələrdən zəng edilərək özünü və uşaqlarını ölümlə hədələyiblər. Zəng edən şəxslər Anarın bu yoldan dönməzsə, onu yenidən həbs ediləcəyi, ailəsinə qarşı xoşa gəlməz hallar olacağı kimi təhdidlər bildirmişlər.

Özünün həyatı təhlükəsizliyi olmadığı üçün Anar avropaya sığınmağa məcbur edilmişdir. Bütün bunlar azmış kimi Anarın ölkəni tərk etdiyini bilən bir qrup mülki geyimli şəxslər məhkəmə qərarı olmadan onun evinə basqın etmiş, valideynlərini təhtid etmişlər. Anarın polis tərəfindən axtarıldığını deyərək hara getdiyini öyrənməyə çalışmışlar. Atası Arif Mustafayevə qarşı kobud rəftar törədildiyinə görə yaşlı kişi psixoloji zərbələrdən dolayı yataq xəstəsi halına düşmüşdür.

Bildirək ki, saytımız olaraq bu məsələni nəzərimizdə saxlayırıq, araşdırmalarımız davam edəcəkdir.

Xəbər azadliginsesi.com saytına  istinad  edilmişdır