Hakim Ənvər Seyidovun beyninə qan sızdı


1473426929_enver-seydov

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qan sızdığı barədə məlumat yayılıb.

Məhkəmədən əldə etdiyimiz məlumata görə, hakimi Ənvər Seyidov, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir vəziyyəti pisdir

Mərkəzi Neftçilər Xəstəxanasından faktı təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, Ə.Seyidov hazırda reanimasiyadadır.

Məlumata görə, Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Seyidov Ənvər Cümşüd oğlu xəstəxanaya hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə daxil edilib:Onun sagliq durumunun orta agır oldugu bildirilir

Hakim Ənvər Seyidov müxalifətci fəallara qarşı amansızlıgı ilə ag çixarmış  hakimlərdəndir