Eks Spiker Rəsul Quliyev  ABŞ-da keçirilən seçkilərə münasibət bildirdi


img_2525-1

Putin və ABŞ seçkiləri
ABŞ demokrat partiyasının səhifəsinə edilmiş kiberatakaya münasibət ölkədə demokratlar tərəfindən böyük ajotaj zirvəsinə qaldırılıb.

Az qala Trampı Putinin secdiyi kimi gülünc iddialar irəli sürülür.Həqiqətən bu çox gülməlidir.

ABŞ əhalisinin yarısından çoxunun Putin və Rusiya barədə çox səthi məlumatları vardır. Şimalda sivil qanunlarla yaşamayan hansı isə insanların yaşadığını bilmək səviyyəsindədir. Doğrudan çox gülməlidir.

Gürcüstanda özünün istədiyi adamları hakimiyyətə gətirə bilməyən Putin, Rusiyadan əhalisinin sayına görə 2.3, igtisadi gücünə görə 16 dəfə güclü olan ABŞ-da kimlərisə hakimiyyətə gətirirmişimiş_ gülməli deyilmi.

Yanındakı Ukrainada dəstəklədiyi Yanukoviçi hakimiyyətdə saxlaya bilməyən, Rusiyaya tam düşmən mövqedə dayanan Poraşenko, Yaçenyuk,Turçinovların hakimiyyət gəlməsinə mane ola bilməyən Putin Klintonun prezident seçilməsinə mane olub,bu lap əsrin komediyasına oxşadı.