Ermənistan və Russiya Avropadakı agentləri vasitəsilə Azərbaycanı parçalamağa cəhd edir


  •  

    Hal-hazırda İranın bir dövlət olaraq beynəlxalq birlik tərəfindən mühasirəyə alınması prosesi daha sərt xarakter almağa başlamışdır.

    Belə ki, ölkənin güney bölgəsindəki Xuzistan vilayətində yaşayan ərəblərin ərəb ölkələri tərəfindən hüquqlarının müdafiə olunması, Pakistanla sınırlarda yerləşən Bəlucstan bölgəsində sünnü əhalinin daha radikal hərəkətələrə keçməsi, İranla sərhəd bölgəsində isə “Bütöv Azərbaycan ” siyasətinə olunan dəstəyin güclənməsi və Güney Azərbaycanda əhalinin böyük bir sosial gücə çevrilməsi gerçəkdən Tehran rejimi üçün böyük təhlükə mənbəyinə çevrilmişdir.

    Снимок-экрана-2016-05-09-в-20.11.58-1

    Mollakratiya rejimi mövcud durumu diqqətə alaraq, problemlərdən çıxış nöqtəsi kimi yeni siyasi texnologiyaları tətbiq etməyə başlamışdır. Qorxulu Tehranın qorxulu oyunları… İran İraqdakı şiə məzhəbinə tanınan əhalini səfərbər etməklə, bir sıra ictimai qurumlar yaradıb, Bağdad üzərindən gözlənilən təhlükənin qarşısını öz sərhədləri xaricində almağa ümid edir.

    Buna görə də “Hizbullah”, “Cundullah”, “Ceyşullah” və digər radikal təşkilatları açıq şəkildə maliyyələşdirməkdən belə çəkinmir. Pakistanla sərhəd bölgəsi olan Bəlucstanda yerli əhalinin sünnü məzhəbinə malik olmasına rəğmən, sünnülüyün unutdurulması taktikasını tətbiq etməkdədir.

     

    Buna görə də bəlucların bir tərəfdən şiəliyi qəbul etməsi, digər yandan isə onların daha ağır şərtlər daxilində farslaşması siyasətini yürüdür. Xorasan vilayətində türkmənlərin mütəmadi olaraq Tehran televizya kanallarını deyil, daha çox soydaş Türkmənistanı izləməsi, bölgənin tarixi türkmən torpaqları olması düşüncəsinin inkişafı Tehranı təhdid etməkdədir.

    Məhz buna görə klerikal rejim belə bir durumdan çıxış yolu kimi Xorasan vilayətinə fars, kürd və talislardan ibarət çoxlu sayda məmurlar yerləşdirməklə, burada həmin toplumlara məxsus köçəri tayfaları məskunlaşdırmaqla bölgəni daimi olaraq nəzarətdə saxlamağa, həm də türkmənlərə qarşı ordu birlikləri ilə yanaşı qeyri-türklərin də cəza qüvvələri qismində iştirak etməsi taktikasından yararlanmağa çalışır.

    Hal-hazırda idarəolunmaz region kimi başa düşülən “İran Kürdüstanı” Tehran rejimi üçün böyük təhlükə mənbəyi hesab olunmasa da, bu bölgənin İranın nəzarətindən ayrılmasını da qəbul etmək istəmir. Güney Azərbaycan məsələsində Tehran rejiminin taktikası tamamilə fərqlidir.Ona görə qorxulu Tehran ölkəmizdə sayları  cox az sayda olan  və Azərbaycan İran sərhəddində  qondarma Talış kartını oynamaga başladı.İranla yanaşı Rusiyada bu məsələdə boş oturmadı.Talışlar icərisində agentlər hazırlamaga başladılar

    21463337_10212002332546451_6517267472664866065_n

    Avropada son zamanlar Azərbaycan Xalqi adina acilan saxta  təşkilatların hansı güclərin hesabına güclənməsi , və bu təskilatlarin  İran Russiya ve Ermənistan xususi xidmət organlarinin bir basa dəstəyi ilə idarə  olunmasi artiq heç kimə  sirr deyil. Buna görə də bu iki xəttin daxilində nifaq toxumlarını səpmək, incə bir şəkildə İran Russiya ve Ermənistan  yanlısı paralel strukturların yaradılmasına böyük mənada önəm verməkdədir

    wp-image-1638009654
    Terrorizm=Seperatizm =Ataxan Abilov

    .

    Türkiyənin İran rejiminə təsir imkanlarını azaltmaq üçün Tehran rejimi bu ölkədəki cəfər, ələvi, əliallahi və digər şiə inanclı qruplara dəstək verməklə yanaşı, həm də bu şəbəkənin güclənməsinə nail olmaqla Ankaranın siyasi iradəsinin səngiməsinə çalışır. Avropada fikir yayğınlığı İrandakı rejimə qarşı sərt mövqe nümayiş etdirən Güney Azərbaycan milli diaspor təşkilatları müntəzəm şəkildə internet vasitəsilə sosial şəbəkələr qurmaqla istənilən anda Tehran rejiminə qarşı böyük bir etiraz dalğasını yaratmaq imkanı əldə etmişdir.

     

    Son bir ildə İran ve Rusiya  Avropa ölkələrindəki səfirlikləri vasitəsilə Azərbaycan türklərindən ibarət diaspor təşkilatları arasında nifaq toxumu səpmək, keçmiş solçulardan istifadə etməklə onların paniranizm dalğasında hərəkətə keçmələrinə nail ola bilmişdir. Quzey Azərbaycan mühacirləri arasında da Tehran rejimi dinc oturmamışdır.

    Eyni zamanda Rusiya FSB-nin və  Azərbaycan despotik hakimiyyətinin xüsusi xidmət orqanları tərəfindən Avropaya siyasi qaçqın adı altında yerləşdikləri agentləri artıq Demblok adlanan Milli Şuraya ayaq aça bilmişlər.