Saxta”Facebook”a profil açanlara – Son xəbərdarlıq


 

Artıq “Facebook”da saxta profildən istifadə etmək mümkün olmayacaq.

CNN  xəbər verir ki, bu barədə şirkətin qurucusu Mark Zukerberq məlumat yayıb. Zukerberqin sözlərinə görə, tezliklə bütün saxta hesablar bağlanacaq.

Həmçinin, bugünədək saxta profil açanların səhifələri də bağlanacaq. O, hazırda bunun üçün ciddi işlərin getdiyini bildirib.

O bildirib ki facebook üzərindən insanları təhqir edən şəxslərin profillərinin qeydə alındıgı ünvan  və telefon nömrəsi  həmin ölkənin Kriminal Polisinə göndəriləcəkdir.

Qeyd edək ki, 2004-cü il fevralın 4-də yaradılan “Facebook” sosial şəbəkəsinin orta aylıq auditoriyası 1,7 milyard istifadəçi təşkil edir.