Amerika hava limanlarından yüzlərlə musəlman deport olunur


Birləşmiş Ştatların aeroport rəsmiləri Prezident Donald Trampın terrorçuların ABŞ-a daxil olmasının qarşısının alınması məqsədilə verdiyi sərəncamın icrasına başlayıb. Şənbə və bazar günləri yüzlərlə insanın aeroportlarda saxlanması istər Amerikada, istərsə də ölkədən xaricdə etirazlara səbəb olub. Hökumətin bu sərəncamı 7 müsəlman ölkəsi – İraq Suriya, İran, Yəmən, Sudan, Liviya və Somalidən gələn müsafirləri çaşqın duruma salıb.

7d36cf0f-381b-407f-a547-4cedd87b0cfd_w610_r1_s

Hədəf alınan ölkələrdən olan sərnişinlərin bəziləri Birləşmiş Ştatlara uçan təyyarələrə buraxılmayıb. Suriya pasportu olan Nail Zainə bazar günü İstanbulun Atatürk hava limanından Los-Ancelesə gedən təyyarəyə minməyə icazə verilməyib. Onun Birləşmiş Ştatlara 2 gün öncə aldığı visa da fərq etməyib. “Mənim oğlum və həyat yoldaşım Birləşmiş Ştatlardadır. Mənim oğlum Amerika vətəndaşıdır. Biz bu anı iki il gözləmişik və buna nail olandan sonra Suriya pasportumuz olduğu üçün bizə mane olurlar.”

dc23390d-a5c7-4b89-b390-6f57380e92f5_w610_r1_s

Sudan vətəndaşı Fatma Əbul Qasım Qatar rəsmiləri ona Birləşmiş Ştatlara gedə bilməyəcəyini deyəndən sonra geri, Sudana qayıtmalı olub. “Mənim fikrimcə belə bir qərar Sudan vətəndaşlarına və müsəlmanlara qarşı ədalətsizlikdir. Amerika insan haqlarını qoruyan ölkədirsə, bizim də haqlarımızı qorumalıdır.”

Müvəqqəti qadağa qoyulan 7 ölkədən olan insanların “green card”-ı, yəni Birləşmiş Ştatlarda yaşamaq hüququ varsa, bu qadağa onlara aid deyil. “Mənim qardaşım qızı Amerikadan İraqa istirahətə gəlib. O, İraqda amerikalılarla tərcüməçi işləyirdi və sonradan Amerikaya mühacir kimi getdi. Hazırda isə o, geri, Amerikaya buraxılıb-buraxılmayacağını bilmir” deyə, Bayan Əhməd adlı iraqlı qadın bildirir.

İran parlamentinin spikeri Əli Laricani sərəncamı “irqçi” adlandırıb. “Terrordan narahatlıq bəhanəsi ilə İranın da adını terrorçu ölkələrlə bir siyahıya qoymaq gülməlidir. Sirr deyil ki, son illər İran terrorçulara qarşı təkbaşına mübarizə aparıb və bəzi dövlətlər buna sonradan qoşulub.”

bbc984f9-014f-4145-a773-2d1d67d84305_w610_r1_s

Uzun illərdir İranın rəqibi olan İsraildə etirazçılar Tel-Əvivdəki Birləşmiş Ştatları səfirliyinin qarşısına toplaşıb.

Ağ Ev isə prezidentin qadağa ilə bağlı qərarını müdafiə edərək, şənbə günü Birləşmiş Ştatlara 325,000 sərnişinin daxil olduğunu və cəmi 109 nəfərin müvəqqəti saxlandığını bildirib.