“AXCP-nin fəaliyyətinə polis müdaxiləsini durdurun”


Bugünlərdə AXCP-nin bir neçə rayon şöbəsində yerli konfrans-görüşlər olub. Tədbirlərdə partiya rəhbərliyindən sədr müavini Gözəl Bayramlı və Ali Məclis sədrinin müavini İradə Əliyeva iştirak ediblər.

_91079486_untitled

G.Bayramlı feysbuk səhifəsində məlumat yayıb ki, həmin tədbirlərdən sonra yerli təşkilatlara təzyiqlər başlayıb. Yerli rəhbərlər və fəallar polisə çağırılaraq incidilirlər.

“AXCP Mingəçevir şəhər şöbəsi fəalları ilə srağagün keçirdiyimiz müşavirədən sonra şöbə fəallarına qarşı təzyiqlər başlayıb. Şöbə rəhbərliyi də daxil olmaqla fəallar polis şöbəsinə çağırılır, təhdid edilirlər. Bunlar niyə belə narahatdırlar? Polis strukturları niyə AXCP-nin yerli rayon şöbələrinin fəaliyyətinə müdaxilə edirlər? YAP iclas keçirəndə də belə narahatçılıq keçirirsinizmi?
Dünən AXCP Balakən rayon şöbəsinin toplantısına da polis müdaxiləsinin olması onu göstərir ki, bu barədə yuxarıdan göstəriş verilib”, – deyə G.Bayramlı yazıb.

Sədr müavini hesab edir ki, rejim xalqın kütləvi narazılığını bildikləri üçün belə narahatdır. AXCP-nin rayon şöbələrinə təzyiqlər etmək, onların fəaliyyətinə mane olmaqla guya bunun qarşısını alacaqlarını düşünürlər. “Xalq məmur özbaşınalığından, işsizlikdən, ağır və acınacaqlı həyat şəraitindən, hər gün davam edən bahalaşmadan narazıdır. Bütün bunların günahı AXCP-mi?
AXCP-yə qarşı çox qəzəblisiniz, bilirik. “Nardaran” oyununuzun tamamilə ifşa olunmasını həzm edə bilmirsiniz.
AXCP-nin yerli rayon şöbələrinə təzyiqləri, onların qanuni siyasi fəaliyyətinə polis müdaxiləsini durdurun! Azərbaycanı dünyanın ən qeyri-demokratik 17 ölkəsi səviyyəsinə gətirib çıxarmağınız bəs etmədimi? Zimbabve, Qambiya, Cibuti kimi Afrika ölkələri belə demokratiyanın səviyyəsinə görə Azərbaycandan öndədir. Bu rəzalətdən sonra yenə də hədəfiniz AXCP-dir. Aylbdır…”, – deyə G.Bayramlı yazıb.