Xain adamın irqçi, sərxoş oğlu: Arif Məmmədov və oğlunun “macəra”ları – FOTO


Təxminən 20 ildir Avropada normal adamların arasındayam… 3 gün Bakıda oldum və artıq qocaldım..Bu ifadələr Arif Məmmədova məxsusdur. 53 yaşlı adama, 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olmuş insana.

O kəsə ki, əqli tənəzzülün, mənəvi geriləmənin və xalqı ilə dövlətinə nifrətini gizlətməyən, əksinə hər vasitədə, hər imkanda, hər yerdə bunu nümayiş etdirməyə çalışır.

633031

Arif Məmmədov bəlkə də əvvəllər ağıllı insan olub: hər halda degenarat, sərsəm və ya sarsaq birisi diplomat işləyə bilməzdi. Ola bilər.

Amma görünən budur ki, kimsənin sğıortalanmadığı demensiya, yaxud Alsgeymer xəstəliyi təki mərəzə bənzəyən bəla onun beyninin düşünmə qabiliyyətini tamamən deqradasiyaya uğradıb.

Bu insan indi adi, sıradan bir yaramazdır.

Orta stastistik xain (Vətəni və xalqı arasında yaşayanda “qocaldığı”nı deyən birisi hər halda qəhrəman deyil), nacins (istənilən fərd mənsub olduğu sosiumu aşağılayırsa, cinsini danır və beləsi də nacins sayıla bilər), qorxaq (problem varsa, ondan müşkülün olduğu yerdə danışarlar, problemdən maksimum uzaqlıqda yox) və ilaxır xüsusiyyətlərə malik bir zatdır.

BBC-nin dünyaca məşhur aparıcısı, flora və fauna barədə çəkdiyi möhtəşəm sənədli filmlərlə dünyaya səs salmış qocaman ser Devid Attenboro demişdi: “İnsanlar bəzən qorxaq Kolorado çaqqalına bənzəyirlər. Həmin çaqqal qorxuya düşəndə, yaxud qisas almaq istəyəndə təhlükəsiz saydığı yerdə vaqqıldayır, hürür, sonra da Aya baxıb ulayır”.

Aya ulayan koyotlar, çaqqallar və ya digər fauna nümayəndələri ilə işim yox, kimsəni də çaqqala bənzətmək niyyətində deyiləm.

Fəqət, insan bəzən davranışı ilə çaqqala minnətdarlıq hisslərinin yaranmasına səbəb olur.

Vay o günə ki, əxlaqı naqis, mənəviyyatı qüsurlu, davranışı problematik, nitqi bisavad birisi xalqa dərs, millətə yol, dövlətə hakimlik, müxalifətə sarvanlıq, mühacirətdəki soydaşlarımıza da az qala liderlik iddiasında buluna.

Həmin pasientin müalicəyə ehtiyac duyduğu dərhal üzə çıxar onda.

Sabiq səfir, sabiq vətəndaş və sabiq adekvat insan Arif Zahid oğlu Məmmədovun yeganə “uğur”u onun oğlu da sayıla bilər.

Söhbət “Came”yə çevrilən Cəmil Arif oğlu Məmmədovdan gedir.

Bostonda canlı “epic fail”i

“Came” Məmmədov ABŞ-ın Boston şəhərində yaşayır. Daha doğrusu, mövcuddur orada, çünki bu insan yaşadığı ölkəyə, ətrafındakı insanlara, hətta özünə də nifrət edir.

“Shotokan Karate-do International Federation” çərçivəsində şotokan-karate yarışlarına qatılan, yəni həm də karateçi olan bu gənc, deyəsən, məşq zamanı ayaq hərəkətləri zamanı beyin əzələlərində ciddi dartılmaya məruz qaldığından tam qeyri-adekvat, sözünə və özünə nəzarət edə bilməyən, amerikalıların “cunk-man”, yəni “zibil adam” adlandırdığı şəxsə çevrilib.

Sabiq diplomatın mənəvi baxımdan sabiq və marazmına sadiq oğlunun sosial şəbəkələrdə paylaşdıqları ifadələr, fotolar onun, gerçəkdən də, normal ailənin üzqarası sayıla biləcək “homo Arifius” olduğunu göstərir.

Bu gənc irqçi, aqressiv, əyyaş, yaşamı yalnız əyləncədə görən, siyasəti anladığını deyərək siyasətdə tam piyadalığını sübut edən, rüsvayçılığı mənəviyyat, mənəviyyatı da biabırçılıq sayan canlı “epic fail”dir.

“Obamanın əlini sıxan” təlxək

Ukraynanın şərqindəki böhranla bağlı Barak Obama, Angela Merkel, Dmitri Medvedyev, Devid Kemeron və Fransua Ollandın qatıldıqları zirvə toplantısından fotonu paylaşan “Came” – bu insanı doğulanda verilmiş adı ilə çağırmaq, sadəcə, nonses olardı – Məmmədov Facebook səhifəsində yazır: “Baxın, onlarla kef edirəm! 2009-cu ildə Obamanın əlini sıxıb onunla görüşmüşdüm”.

ABŞ-ın artıq sadiq prezidenti Barak Obamanın sabiq səfir A.Məmmədovun oğlu ilə haradasa, nə zamansa görüşməyi barədə heç bir rəsmi mənbədə istinad, qeyri-rəsmi mənbələrdəsə iqtibas yox. Gənc ağ yalan danışır və bu, deyəsən, Məmmədovlar ailəsində genetik problemdir. Ata Arif Məmmədov yalanı yaşam tərzinə döndərdiyi kimi, oğlu da bu prinsipə atası təki sadiqdir.

Kipp Mataluççi adlı birisinin ona ünvanladığı “Came, axı sən Obama ilə nə zaman görüşdün?” sualına “Came” belə cavab verir: “Bu hadisə Fransada, ratuşada olmuşdu. Oturmuşdum, Obamaya baxırdım. O da mənə ən azı 10 dəfə baxdı. Sonra yaxınlaşıb görüşdü. Mişel Obamanın yanında idim. Biz adi ailə deyilik. Əmim ABŞ-ın sabiq agenti olub”.

Arif Məmmədovun qardaşının, yaxud da fərz edək “Came” yanılıb, dayısını nəzərdə tutubsa, keçmiş diplomatın qayınının ABŞ casusu olduğunu etiraf edən gəncin təşəxxüsünün, olduğundan ağıllı, məşhur və ya “çəkili” görünməsinin nə demək olduğunu psixiatrlarla psixoloqların öhdəsinə buraxıram.

Aşkar antisemit, İsrailə nifrət edən fərd

Arif Məmmədovun oğlu aşkar antisemitdir, İsrailə nifrət edir və bu hisslərini gizlətmir.

BMT-nin Təhlükəsizlik Şurasında İsraillə bağlı qətnamə qəbul ediləndən sonra yazır: “İsrail! Hələ bu harasıdır! Sən ən böyük nifrətə layiqsən! Piyli, tosqun, lənətə gəlmiş murdar Binyamin Netanyahunun baş nazir olduğu ölkəni hələ çox problemlər gözləyir”.

İsrail və yəhudilərlə bağlı daim antipatik, nifrət dolu fikirlərini bölüşən bu gəncin düşüncələrindən, mövqeyindən ABŞ rəsmilərinin xəbəri varmı əcəba? Birləşmiş Ştatların dövlət qurumları belə aqressiv antisemitin ölkənin karate üzrə yeniyetmələrdən (kadetlərdən) ibarət yığmasına iddialı olmasına necə baxırlar?

Suallar çoxdur.

İrqçi və qeyri-adekvat

“Sarsaq, murdar, yaramaz belçikalılar məni hirsləndirdilər! Ölkəni sarsaqlıq və axmaqlıq ikiyə bölünüb. Belçikalılar o qədər irqçidirlər ki, ölkələrini Fransa, ABŞ və Çin kimi qüdrətli dövlət hesab edirlər”. Arif Məmmədov Belçikada diplomatik missiyada olanda oğlu bu sözləri yazmışdı, atasının çalışdığı ölkəni və oradakı xalqı aşağılamışdı.

“Holland və flamand dilləri ən murdar, ən eybəcər, ən iyrənc dillərdir”, “İsraili lənətə gəlsin! İsrail şərdir!”, “Netanyahu irqçi liderdir!”, “Donald Trampın sifətinə əla şapalaq vurardım” yazan “Came” Məmmədov həm də əylənməyi, kef çəkməyi sevir.

“Bu gün Audi 8-də qızlarla kef etdim”, “Qızların bakirəliklərini itirdiyi anı sevirəm”, “Səhərədək qızla yataqda oynadıq” və s. kimi əxlaqsız açıqlamalar da məhz bu gəncə məxsusdur.

Belə də olmalıdır

Arif Məmmədov hələ səfir olduğu dövdə Azərbaycanı, xalqımızın və dövlətimizi aşağılayan fikirlərini Facebook-da paylaşandan sonra o statusu silmişdi.

Bu da həmin adamın mənəviyyatsız, düşkün, tərbiyəsiz biri olması ilə yanaşı, qorxaqlığını da ortaya qoymuşdu.

Amma A.Məmmədovun oğlu əxlaqi və mənəvi tənəzzüldə atasını keçib.

Yəhudilərə nifrət edən, İsrailin məhvini istəyən, avropalıları gerizəkalı, ABŞ prezidenti Donald Trampı “ləyaqətsiz” sayan, qızları, əyyaşlığı, əxlaqsızlığı sevdiyini deyən bir gənc yetişdirib A.Məmmədov.

Bu isə onun ata və insan kimi mənəvi intiharıdır.