AP -də Azərbaycanla bağlı dinləmələr başladı.Əliyev sərt tənqid olundu


Avropa Parlamentində Azərbaycanda insdan haqlarının vəziyyəti ilə bağlı dinləmələr başlayır.

avropa-parlamenti

Dinləmələrə bir qədər qalmış – saat 16:15 radələrində Bakıdan məruzəçi kimi “Skayp”la müzakirələrə qoşulmalı olan jurnalist Xədicə İsmayılın interneti və elektrik xətti kəsilib.

Bu barədə jurnalist özünün Feysbuk səhifəsində yazır.

Dinləmələr Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri fonunda keçirilir.

Xədicə İsmayıl qadağaya görə Azərbaycanı tərk edə bilmir.

Avropa Parlamentində dinləmə “Azərbaycan və Avropa Birliyi arasında münasibətlər: İnsan hüquqları qırmızı xalçanın altına salınır?” başlığı altında keçirilir.

Dinləmədə diğər məruəçi MeydanTV-nin rəhbəri Emin Millidir.

Dinləmənin təşkilatçıları AP-nin deputatları Kati Piri, Alexander Graf Lambsdorff, Ulrike Lunacek və Jaromír Stetina’dır.

Dinləmələrin təşkili Azərbaycan hakimiyyəti ilə Avropa Parlamenti arasında gərginliyə səbəb olub. Brüsseldə səfərdə olan ölkə başçısı İlham Əliyevin AP sədri Antonio Tacani ilə fevralın 6-na planlaşdırılmış görüşü məhz bu səbəbdən ləğv edilib. Avropa Parlamentinin günlük xəbərlərini dərc edən “commonspace.eu” yazır ki, görüşü Azərbaycan tərəfi ləğv edib.