Siyasi partiyalar ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edib


Bu gün KXCP qərargahında  Azadlıq, Aydınlıq, ALDP, ADP, AXP, KXCP, BAP, VİP,  Ağ Partiya sədrlərinin birgə yığıncağı keçirilib.
16651340_660436234144440_973342215_o
Yığıncağa sədrlik edən Azadlıq partiyasının sədri Əhməd Orucun Moderator.az -a verdiyi məlumata görə iclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
Yığıncaqda Pusiyanın Azərbaycandakı beşinci kalonunun, eləcə də Azərbaycanın müstəqilliyi əleyhinə olan digər dövlətlərdən idarə olunan cəsus şəbəkəsinin aktivləşdiyi,  Türkiyə-Azərbaycan qardaşlığına açıq hücumlar etdiyi qeyd olunub. Bu cür antimilli elementlərə saxta yollarla parlament tribunasının verilməsi indiki hakimiyyətin “bir millət – iki dövlət” haqda dediklərinin qeyri səmimi, ictimai rəyi aldatmağa yönəldiyi bildirilib.
16652660_660436057477791_1415959512_n.jpg
Bundan başqa Rusiyanın yüksək hakimiyyət dairələrində təmsil olunanlarının Azərbaycanın müstəqilliyi əleyhinə bəyanatlar verməsi pislənilib,  Azərbaycan hakimiyyətindən Rusiyanın açıq təhdid xarakterli bəyanatlarına cavab verilməsi tələb olunub.
Partiya sədrləri Musavat partiyası qərargahı qarşısında hakimiyyətin təşkil etdiyi “gənclər aksiyasını” qanunazidd, antidemokratik, hakimiyyətin öz alternativlərinə, azad fikrə  qarşı repressiyası kimi dəyərləndirib, hakimiyyəti bu cür fəaliyyətlərdən şəkinməyə cağırıb.
Yığıncaqda hakimiyyətin qeyri-qanuuni məhkəmələr vasitəsilə fərqli düçüncə sahiblərinə divan tutması pislənilib.