Daxili İşlər Nazirliyi Mehman Hüseynovu məhkəməyə verib


Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovu məhkəməyə verib. Bu haqda vəkil Elçin Sadıqov məlumat yayıb.

mehmanhuseynov-yeni-300x200

Vəkil bildirir ki, şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib və Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunub cəzalandırılmasını istəyir.

Bu, M.Hüseynovun yanvarın 10-da polislə bağlı verdiyi açıqlaması ilə bağlıdır.

Məhkəmə fevralın 10-a təyin olunub. Şikayətə Suraxanı rayon Məhkəməsində baxılacaq.