Əliyev rejimi AXCP Fəallarını narkotiklə şərləyib həbs etdirmək istəyir


Əldə etdiyimiz məlumata görə fevral ayının 8-də Şəki rayon məhkəməsinin qərarı ilə İXM-nin 235, 510 və 535.1-ci maddələri ilə 20 sutka həbs cəzası verilən AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri Samir Sheki Hesenova qarşı Cinayət Məcəlləsi üzrə yeni ittiham irəli sürmək istəyirlər.Məlumatı facebook səhifəsində AXCP sədrinin müavini Gözəl Bayramlı yazıb

Gözəl Bayramlı  bildiririk ki, fevralın 7-də Samir Həsənovu Şəki şəhər polis idarəsinə orda saxlanılan qardaşı – AXCP Şəki rayon şöbəsinin sədri Islam Hesenova siqaret, ərzaq gətirmək üçün çağırıblar. Sonradan isə onu polis idarəsində döyüb, təhqir edib, guya narkotik maddə qəbul etdiyini boynuna qoymaq istəyiblər və ona qarşı uydurma ittihamlar irəli sürüblər.

16711624_1300755019971103_3388200871145787356_n

Bu uydurma ittihamları Samir Həsənov məhkəmə iclasında qəbul etmədiyini deyib. Samir Həsənov ümumiyyətlə, siqaret istifadəçisi belə deyil.

Görünür Şəki rayon polis idarəsi AXCP-nin yerli rayon şöbəsinə və fəallara qarşı illərdir ki, davam edən qisasçılıq niyyətlərindən, təqib və təzyiqlərdən əl çəkmək istəmir, əksinə şöbənin fəaliyyətini əngəlləmək üçün daha ciddi təzyiq vasitələrinə əl atır.

Hakimiyyət strukturları heç bir təzyiq vasitəsi ilə AXCP Şəki rayon şöbəsinin qanuni fəaliyyətini əngəlləyə və cəbhəçilərin mübarizəsinin qarşısını ala bilməyəcəklər. Son 6 gündə Şəkidə partiyanın yerli rayon şöbəsinə qarşı davam edən polis əməliyyatını AXCP-nin fəaliyyətinə yönələn repressiya siyasətinin tərkib hissəsi kimi dəyərləndirir və bu qanunsuz əməlləri durdurmağı tələb edirik.