“Başkanlik seçimlərində Iç savaşa hazır olun” deyən AKP-li istefaya göndərildi


akpde-hayir-istifalari-1202171200_m2

AKP Manisa şöbəsinin sədr müavini Ozan Erdemin “Böyük və güclü Türkiyə Prezident Sistemi” mövzusunda keçirilən konfransda referendumla əlaqədar dediyi sözlər qalmaqal yaradıb.

Onun “sizə tək bir bənzətmə deyim, əgər 50%-i keçməsək və bu referendumda uğur qazanmasaq, vətəndaş müharibəsinə hazır olun” sözləri böyük təpki ilə qarşılanıb. AKP rəhbərliyi də məsələyə sərt reaksiya verərək, Erdemin istefasını istəyib.
AKP-nin Təşkilat sədri Mustafa Ataş Erdemin çıxışına belə münasibət bildirib:
“Sədr müavininin bu axşamdan istefasını istədim.

Bizim fəlsəfəmizlə əsla uyğun gəlməyən belə bir fikir işlədən adamın partiyamızın səlahiyyətli orqanlarında yeri ola bilməz. Şöbə sədrimizdən bu adamın məsələ ilə əlaqədar ictimaiyyətə bir açıqlama verməsini istədim. Çünki bu, məqsədini və həddini aşan, bizim əsla təqdir edə bilməyəcəyimiz bir görüşdür. Biz demokratiyaya inanan insanlarıq. Referendumda vətəndaşlarımız tərəfindən veriləcək “bəli” səslərinin də, “xeyr” səslərinin də başımızın üstündə yeri var…