Nuşıravan və Ramiz Zeynalovun DYP -dəkı cinayətkar mafiyası !Faktlar..


1487228632_20170216_110052

Azərbaycanda əhalinin ən çox narazılıq etdiyi, vətəndaşları dövlətdən incik salan, hətta deyərdik ki, dövlətə-hakimiyyətə qarşı qəzəbləndirən qurumlardan biri də, Dövlət Yol Polisidir (DYP) desək, yəqin ki, səhv etmərik. Yol polisi əməkdaşlarının fəaliyyəti, bəzi hallarda isə fəaliyyətsizlyi, yalnız sürücülər üçün deyil, bütövlükdə cəmiyyət üçün ağır, çəkilməz bir problemə çevrilib.
Ara sıra ölkə prezidentinin qeyri ciddi olmayan xəbərdarlıqlarından sonra özlərini bir qədər “düzəltsələr” də, bir-iki həftə keçməmiş “ənənəvi iş qaydalarını” bərpa edirlər.

Birinci şəxs hansı məmurun nə işlə məşğul olmasından 100 faiz xəbərdardır. O görülən işlərlə yaxından tanış olur, problemlərdən anındaca xəbər tutur və nöqsanların təkrarlanmaması üçün isə  heç bir  ciddi addım atmır.

Hətta Daxili işlər Naziri Ramil Usubovda həmçinin təşkilat daxilində illərdir baş alıb gedən korrupsiya faktlarını bilsədə səsini çıxarmır.

Çünki özləri  bu çinayətkar şəbəkədən qidalanırlar
Ümumiyyətlə, çoxillik müşahidələr göstərir ki, Azərbaycanda, xüsusən də paytaxt Bakıda yol polisinin yarıtmaz-yaramaz, qanunlara ifrat sayqısız, dövləti gözdən salan, rüşvətə geniş meydan verilmiş fəaliyyəti bir neçə faktordan qaynaqlanır.

RÜŞVƏT, RÜŞVƏT YENƏ DƏ RÜŞVƏT!

Əvvəla, uzun illərdir yol polisində rüşvət yolu ilə külli miqdarda vəsait toplanır ki, görünür bu yolla ifrat varlanmış və harınlamış qrupu bu zərərli, dövlətin əsaslarını sarsıdan vərdişdən çəkindirmək həqiqətən də müşkül məsələyə çevrilib. Rüşvətxorluq bu sistemdə o qədər dərin kök salıb ki, onu durdurmaq, az qala qeyri-mümkün bir iş kimi görünür.
Pul “iyi” gələn yerdə yol polisinin əməkdaşı sanki nə qanun tanıyır, nə də nazirin, ölkə rəhbərliyinin tapşırığını saya salır. İnsaf deyilən anlayışla isə ümumiyyətlə tanış kimi görünmürlər. Əlbəttə, sıralarında qanunlara hörmət edən, sürücülərlə mədəni rəftar edənlər də var. Ancaq təəssüf ki, bunların sayı həddən artıq azdır. Çünki sistemdə belələrinə yer yoxdur. İstənilən sürücüyə rüşvət mənbəyi kimi baxmayan sıravi yol polisi əməkdaşının uzun müddət burada işləməsi mümkün deyil.
Kiçik bir qanun pozuntusuna görə, BŞDYPİ-yə yolu düşənlərin başına elə oyun açırlar ki, ordan çıxanda adam özünü, sanki erməni əsirliyindən xilas olmuş kimi hiss edir. Sürət həddini keçdiyinə görə radara düşənlərin, qəzaya düşdüyü üçün (hətta günah başqasında olsa belə) BŞDYPİ-yə gedib-gəlməli olanların və digərlərinin başına hansı oyunların açıldığını xüxusi olaraq təsvir etməyə ehtiyac yoxdur – yolu düşən yüz minlərlə insan bunu yaxşı bilir.

NUŞİRƏVAN SƏFƏROV “STANDARTLARI”

781d5nusuƏlbəttə, bütün məsələləri kadrlar həll edir. Rəhbər vəzifəli şəxsin şəxsi keyfiyyətlərindən asılı olaraq, sistem mənfiyə və müsbətə doğru dəyişə bilər. Məsələn, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəhbərliyinə 2010-cu ildə polkovnik Nuşirəvan Səfərovun gətirilməsindən sonra, bu idarənin işində baş verən “keyfiyyət” dəyişikliyi buna əyani misaldır. Kimdir Nuşirəvan Səfərov?
Bu suala bir sözlə də cavab vermək olar: HEÇKİM! Rüşvətxor və cinatətkar.Xüsusi qabiliyyəti və mənəvi keyfiyyətləri, savad və bacarığı, xidməti ilə seçilməyən sıradan, kobud, savadsız, özündərazı, qanunlara sayqısız, mənəvi dünyasında haqsızlığa, qanunsuzluğa və rüşvətə geniş meydan verilən bir polis zabiti!
Bəs necə olub ki, belə bir polis zabitini Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi kimi mühüm, strateji posta təyin ediblər? Bu sualın da çox sadə bir cavabı var: O səbəbə görə ki, Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova paytaxtın yol polisi idarəsinin rəhbərliyində məhz bu “keyfiyyətlərə” malik rəhbər lazımdır ki, onun vasitəsilə illərdir respublikanın yol polisində kök salmış mafioz mənfəətçi qrupun maraqları təmin olunsun! İllərin müşahidələri isə sübut edir ki, bu maraqlar artıqlaması ilə təmin olunur – paytaxtın yol polisi DYP mafiyasının milyonlarla gəlir verən vazkeçilməz “biznes obyektidir”.
2010-cu ilə qədər BŞDYPİ-də rəis müavini olan Nüşirəvan Səfərov, Ramiz Zeynalovun fəal dəstəyi ilə rəis təyin olunduqdan sonra Bakının yollarında öz qayda-qanunlarını tətbiq etmək yolunu tutdu. Günlük-aylıq “planlara” əl gəzdirdi, əsas “yağlı” postlara inanılmış adamlarını yerləşdirdi, himayədarlarının “etimadını” doğrultmaq üçün, əlindən nə gəlirsə etməyə çalışdı. N.Səfərovun rəis təyin olunması o dövrə təsadüf etdi ki, ölkədə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr kəskin şəkildə artırıldı və yol polisi əməkdaşları da əvvəlki dövrlərdə olduğu kimi, “qəpik-quruşa” baxmaqdan imtina etdilər. “Daha böyük pullar” prinsipi işə düşdü. Təbii ki, daha böyük pulların toplanması da daha böyük rüsvayçılıqlardan, cinayətlərdən keçirdi.

“BAYRAM ŞƏNLİYİNİN” SONU NECƏ OLDU?

İlk belə rüsvayçılıqla Nuşirəvan Səfərov 2011-ci ilin son günlərində üzləşdi. Hansısa dairələr sonradan tarixə yol polislərinin “bayram şənliyi” kimi keçən kadrları çəkib, internetdə yerləşdirdilər. Kadrlarda yol polisi əməkdaşlarının Bakının mərkəzində – Təhsil Nazirliyi yaxınlığında maşınları saxladıb, sürücülərdən açıq-aşkar, qorxub-çəkinmədən rüşvət yığdıqları əks olunmuşdu (Kadrlar aşağıda təqdim olunur) Necə deyərlər, arxalı köpək qurd basırdı! Arxalarında o boyda polkovniklərin, generalların durduğu yol polisi əməkdaşları kimdən və niyə çəkinməli idilər?!

Yeri gəlmişkən, üzərindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, Nuşirəvan Səfərovun “bayram şənliyində” iştirak edən həmin əməkdaşlarının necə cəzalandırıldıqları hələ də bizə və cəmiyyətə məlum deyil. O da istisna deyil ki, həmin “qəhrəmanlar” bu gün də cənab Nuşirəvan Səfərovun yan-yörəsində, öz işlərinin başındadırlar.

BACISI OĞLU İŞ OTAĞINDA QANDALLANDI!

r1pl6vJMbHC0Təkcə Təhsil Nazirliyinin qarşısında BŞBDYPİ əməkdaşlarının açıq şəkildə rüvət yığmasını əks etdirən videofakt kifayət etməli idi ki, Nuşirəvan Səfərov ən azı istefaya göndərilsin. Biz hələ bu rüşvət sisteminin başında duran bir şəxs kimi layiq olduğu yerə göndərilməkdən danışmırıq. Ancaq DYP mafiyası buna imkan verə bilməzdi, vermədi də. Nəinki bu fakta görə, heç ötən ilin yayında BŞDYPİ-də sərxoş sürücülərlə bağlı şöbəyə rəhbərlik edən Nuşirəvan Səfərovun bacısı oğlu Namiq Kərimov sürücüdən 2500 manat rüşvət alarkən, öz kabinetindəcə “Bandotdel”in əməkdaşları tərəfindən qandallananda da Ramiz Zeynalovun “tükü tərpənmədi”. Nuşirəvan Səfərov isə hətta bacısı oğlunu həbsdən xilas etməyə də nail oldu. Həmin vaxt mətbuat yazırdı ki, saxlanılan bacısı oğlu hər gün N.Səfərov üçün azı 100 min manat (!) pul toplayırdı.

Polkovnikin “gizli kassası” hər ay ona azı 5 milyon manat ötürür!

N.Səfərovun “pulkəsən” bacısı oğluna hazırda hansı vəzifəni tapşırdığını bilməsək də, (bəzi iddalara görə, əvvəlki yerinə qaytarılıb), BŞDYPİ-də hər ay milyonlar qazandıran başqa etibarlı adamlarının olduğuna şübhə etmirik. Bunlardan biri kimi BŞDYPİ-nin İnzibati Xəta Haqqında İşlər Üzrə Qərarların İcra Şöbəsinin rəisi Malik İbrahimovun adı çəkilir. Onun N.Səfərovun “gizli kassası” olduğu bildirilir.
Bakı şəhərində avtomaşınları zorla əllərindən alınan, qəzaya düşən, barəsində həddindən artıq yüksək məbləğdə cərimə yazılaraq avtoxuliqanlıq maddəsi ilə məhkəməyə göndərilən sürücülərin sənədlərinə şəxsən nəzarət edən Malik İbrahimovun, hər ay Nuşirəvan Səfərova ən azı 5 milyon manata yaxın pul ötürdüyü haqda iddialar, bir sıra KİV-lərin səhifələrindən gəl-gəl deyir.

Nuşirəvan Səfərovun “evakuator sezonu”…

evakuator2Nuşirəvan Səfərov və onu himayə edən DYP mafiyasının əsas qazanc mənbələrindən biri də nəqliyyat vasitələrinin evakuatorlar vasitəsilə cərimə meydançalarına daşınmasıdır. Paytaxtın müxtəlif rayonlarında sıralanan cərimə meydançalarının ilbəil say artımı deməyə əsas verir ki, nəqliyyat vasitələrinin evakuatorla oğurlanması işi əməlli-başlı biznesə çevrilib. BŞDYPİ tərəfindən formal mühafizə olunan cərimə meydançalarının əksəriyyətində maraqlı “halallıq kompleksi” gerçəkləşib. Burada cərimə ödənişi prosesi kameraların yaddaşına köçürülür. Axşam da toplanan pulla birlikdə, kameraların lenti də “yuxarıya” göndərilir. Nəzərə alsaq ki, Bakıda vaxtaşırı “evakuator sezonu” başlayır və gün ərzində yüzlərlə, bəzən minlərlə maşın cərimə meydançalarına aparılır, onda Nuşirəvan Səfərovun və onun himayədarlarının bu “biznesdən” hansı həcmdə vəsaitlər əldə etdiklərini asanlıqla təsəvvür edə bilərik.
Ümumiyyətlə, BŞDYPİ-də vətəndaşlardan rüşvət almaq, qeyri-rəsmi yollarla pul toplamaq üçün coxsaylı metodlardan, “priyomlardan” istifadə edilir. Təsadüfi deyil ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində qeyri-rəsmi ödənişlərə nəzarət edən və yığılanları idarənin rəhbərliyinə çatdıran konkret şəxslər ayrıldığına dair iddialar var. Malik İbrahimov onlardan sadəcə biridir…

Paytaxtda artan tıxaclar, qəzalar və BŞDYPİ-nin rəisinin “R&B” restoranı…

Paytaxtda Dövlət Yol Polisi ilə bağlı problemlərdən biri də yol hərəkəti qaydalarının düzgün tənzimlənməməsi, tıxacların və qəzaların getdikcə artmasıdır. Yol polislərini tıxac hökm sürən ərazilərdə çox nadir hallarda görmək mümkündür. Çünki iş prinsipi belədir ki, yol polisi tıxacla məşğul olub, vaxt itirə bilməz. Onun “daha vacib” işləri var – axı növbəni dəyişəndə müəyyən tələbləri yerinə yetirməlidir!

İllərdir bu haqda danışılmasına baxmayaraq, paytaxtın yol polisi sürücüləri sortlara bölmək vərdişindən əl çəkə bilmir.
Təxminən belə: Qanunun fövqündə dayananlar, qanunu təmənna ilə pozmaq ixtiyarı olanlar, qanunla yaşamalı olanlar və sair. Vəzifəli şəxslərin özlərinə və uşaqlarına, oliqarxlara və onların yaxınlarına, tanınmış idmançılara, müğənnilərə və digərlərinə Bakı yollarında tam sərbəstlik var. Bəzilərinə təmənnasız, digərlərinə təmənnalı. Uzağa getməyək, bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun oğlu ilə bağlı yaranmış qalmaqalı xatırlayaq.

“Rəisimiz mənə dedi ki, sən onun nömrəsinə baxmırsan ki?”

44444444Nəcməddin Sadıkovun oğlunu saxladığına, onunla söyüşdüyünə görə işdən qovulan yol polisi inspektoru Cavanşir Lətif oğlu Qasımov baş verənlər barədə danışarkən bildirmişdi ki, səhər işə gələndə rəisi (Çox guman ki, Nuşirəvan Səfərov nəzərdə tutulur-red) ona deyib: “Rəisimiz mənə dedi ki, sən neyləmisən, onun nömrəsinə baxmırsan ki? Niyə saxlamısan axı onu?”

Bu nə deməkdir? Belə çıxır ki, Nuşirəvan Səfərov yol polisi əməkdaşlarının əlinə imtiyazlı azərbaycanlıların siyahısını verib və onları saxlamamağı tapşırıb?! Axı Konstitusiyamız deyir ki, bütün Azərbaycan vətəndaşları QANUN QARŞISINDA BƏRABƏRDİR! Nuşirəvan Səfərov hansı qanunla və əsasla Nəcməddin Sadıkovun (Həmçinin minlərlə digərlərinin) oğlunun saxlanmasına qadağa qoyur?
BŞDYP nə vaxta qədər vətəndaşları sortlara bölüb, hansısa maraqların təmin olunmasına görə imtiyazlı təbəqə yaradacaq və hər il yüzlərlə günahsız insan Bakı küçələrində bu təbəqənin harınlamış nümayəndələrinin təkərləri altında əziləcək?

Yeri gəlmişkən, iddialara görə, Bakı küçələrində müəyyən imkanlı sürücülərə “hərəkət sərbəstliyi” verən “imtiyazlılar” siyahısının hazırlanmasında BŞBDYPİ-nin rəisi Nuşirəvan Səfərov bəzən şəxsən iştirak edir. Belə ki, özünü elitanın içində göstərməkdən xoşlanan N. Səfərov, bir balaca tanınan müğənnilər, idmançılarla, iş adamları, vəzifəli şəxslər və onların uşaqları ilə rastlaşdıqda, dərhal özünün telefon nömrəsini və ya kartını verir. Onlar Nuşirəvan Səfərova arxayın olub, şəhərin küçələrində min çür hoqqadan çıxırlar. Nəticədə N.Səfərov və onun himayədarları obyektlərinin, restoranlarının (Məsələn, Bakıda Nərimanov heykəlinin yaxınlığındakı “R&B” restoranının Nuşirəvan Səfərova məxsus olduğu bildirilir-red) və milyonlarının sayını artırır, vətəndaşlara isə əsəb gərginliyi, ölüm və xəsarətlər qismət olur.

 

Xəbər Veteninfo.az saytına istinad etmişdır.