Vüsal Kərimlinin “BakıKART” əməliyyatı:foto fakt


Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart sistemi olan “BakıKART” haqqında maraqlı məlumat əldə edilib.
Aktual.az xəbər verir ki, elektron ödəniş kartı “BakıKART”-ın rəsmi saytı “www.bakikart.az” domenini Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimli öz adına qeydiyyatdan keçirib.
1487157567_received_10209720346898627
Ümumi nəqliyyat ödənişlərini birləşdirən və “Bakı Metropoliteni” QSC-yə aid metro və BNA-nın nəzarətində olan avtobus nəqliyyat vasitələrində gediş haqqının ödənişin həyata keçirildiyi “BakıKART” sisteminin rəsmi veb səhifəsinin V.Kərimlinin adında olması özündə böyük sual doğurur. Belə ki, bu, dövlət qurumunun rəhbəri olan bir şəxsin açıq şəkildə sahibkarlıq ilə məşğul olduğunu və qanunazidd fəaliyyətini göstərir.
Görünür Vüsal Kərimlidə o qədər arxayınçılıq yaranıb ki, hər kəsin rahatlıqla gördüyü domen mülkiyyətini belə öz adına qeydiyyatdan keçirməyə çəkinmir.
Domenlərin qeydiyyatını həyata keçirən “Online.az” saytında “www.bakikart.az” domenini üçün 23 yanvar 2017-ci ildə ödəniş edildiyi görünür və bu dövr Vüsal Kərimlinin BNA-ya rəhbərlik etdiyi dövrlə üst-üstə düşür.
Xatırladaq ki, bir ildən çox müddətdir yaradılan Bakı Nəqliyyat Agentliyinə rəhbərlik edən Vüsal Kərimli haqqında mətbuatda səsləndirilən iddialar bununla bitmir. Onun rəhbərlik etdiyi quruma öz qohumlarını və yaxınlarını yerləşdirdiyi mətbuatda dəfələrlə yazılıb. Lakin görünən budur ki, Vüsal Kərimli bütün bunlar qulaqardına vurmaqda israrlıdır və öz “krışa”sına arxayınlığı yüksək həddədir.
Bir müddət öncə isə Türkiyənin çoxtirajlı “Yeni Akit” qəzeti Vüsal Kərimli haqqında sensasion məqalə dərc edərək onun Fətullah Gülənin adamı olduğunu yazmışdı.
“BakıKART”-ın rəsmi qeydiyyat məlumatlarını bu linkdən baxa bilərsiniz.