​Jurnalist Elcin Ismayilli DTX əməkdaşları tərəfindən ogurlanıb


Elçin bəy 17 fevralda günorta saatlarında DTX-nın və Respublika Prokurorluğunun əməkdaşları tərəfindən həbs olunub. 


Həmin gecə İsmayıllı rayon polis idarəsində saxlanılan Elçin İsmayıllının rayonda kirayədə yaşadığı evdə DTX və Pespublika Prokurorluğunun əməkdaşları tərəfindən axtarış aparılıb, ona məxsus olan kompyuterlər, bəzi sənədlər və əşyalar götürülüb.

 Axtarışın Səbail məhkəməsinin qərarı ilə həyata keçirildiyi bildirilir. 18 fevralda səhər saatlarında isə DTX və Respublika Prokurorluğunun  əməkdaşları Elçin İsmayıllını özləri ilə Bakıya gətiriblər. 

Elçin İsmayıllıya qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 308.2-ci maddələri ittiham irəli sürülüb və 18 fevralda onun barəsində  Nəsimi rayon məhkəməsinin qərarı ilə 24 sutka həbs qətimkan tədbiri seçilib. Elçin İsmayıllı hazırda Kürdəxanıda istintaq təcridxanasında saxlanılır. 

Elçin İsmayıllının ailəsinin verdiyi məlumata görə onun həbsinin sifarişçisi İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdur. Ailəsinin bildirdiyinə görə Elçini icra hakimiyyəti başçısının qanunsuz əməllərini ifşa edən yazılar yazdığına görə sifarişlə həbs ediblər. 

Xatırladaq ki, Elçin   İsmayıllı rayon AXCP şöbəsinin Ali Məclisinin üzvüdür.