Hətta XX əsrin ən böyük diktatoru İosif Stalin belə etmirdi


Dostlar! Polis idarəsində blogger Orduxan Teymurxanlının bacılarının başına gətirilən müsibət, onlarla bağlı baş verənlər çox dəhşətlidir. Xaricdə yaşayan Orduxanın blogger fəaliyyətini dayandırmaq üçün təzyiq vasitəsi kimi bacılarının və yaxın qohumlarının polisə aparılması və başqasının fəaliyyətinə görə onların döyülməsi, təhqir edilməsi dəhşətli faktdır. Amma yeganə hadisə deyil.

c%c9%99mil_h%c9%99s%c9%99nli_2-10-2014

Biz tez-tez müxtəlif rayonlardan belə məlumatlar alırıq. Hazırda belə hallar Azərbaycan polis orqanlarının adı iş metoduna çevrilib. İlham Əliyevin Azərbaycan xalqına vəd etdiyi hüquqi dövlətin əsl mahiyyəti bax bundan ibarətdir. Hətta, XX əsrin ən böyük diktatoru İosif Stalin belə bəyan etmişdi ki, oğul atanın, ata oğulun, bacı qardaşın əməllərinə görə məsuliyyət daşımır. On minlərlə xalq düşməninin uşaqları ali məktəblərdə oxuyurdu. Orduxanın bacıları ilə bağlı aşkarlanan dəhşətli fakt bir daha təsdiq etdi ki, DİN konstitusyon nəzarətdən çıxıb, necə ki, az əvvəl keçmiş MTN konstitusyon nəzarətdən çıxmışdı.

Mən hələ 2006-2007-ci illərdən mətbuatda yazırdım ki, polis işçilərinin kütləvi şəkildə təhlükəsizlik orqanlarına yüksək vəzifələrə təyin edilməsi böyük fəlakətlərə gətirib çıxaracaq, ölkənin təhlükəsizlik sisteminə ağır zərbə vuracaq. Elə də oldu. Amma keçmiş MTN, DİN-də, onun “Banditizm” idarəsində, ayrı-ayrı polis orqanlarında törədilən qanunsuz əməllərə ancaq həsəd apara bilər. Orduxanın bacıları ilə bağlı baş verənlər bunun kiçicik bir epizodudur.

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin facebook səhifəsindən götürülüb