Cəbhəçi gənclərin həbsinə reaksiya:


  • Cəbhəçi gənclərin həbsinə reaksiya: “Mübarizə azadlığının pozulmasıdır”: Siyasi Hüquqların Müdafiə Bürosundan açıqlama
  • 1487789380_dg5vuhp
Xəbər verdiyimiz kimi, bu gün AXCP Gənclər Komitəsinin sədri Təbriz Mirzəyev və GK-nin fəal üzvù Elçin Səmədov Fəvvarələr meydanında mülki polislər tərəfinden saxlanılaraq Səbail rayon 9 -cu polis bölmesine aparılıb.

AXCP üzvlerinin həbsinə münasibət bildirən Siyasi Hüquqların Müdafiə Bürosunun (SHMB) rəhbəri Ələddin Qarayev Mediaxeberleri.az-a açıqlamasında gənclərin həbsinin yolverilməz olduğunu deyib:

“Hakimiyyət bununla bizi mübarizədən çəkindirmək istəyir. Amma biz öz yolumuza tam gücümüzlə davam edirik. Hakimiyyət bu cür addımlarla bizim mübarizə əzmimizi qıra bilməyəcək. AXCP olaraq gənclərin həbsini pisləyir və hakimiyyəti bü cùr addımlara son qoymağa çağırırıq. Bu, düşüncə, mübarizə azadlığının pozulmasıdır”.