Gözlənilməz təkliflə LalƏ Şövkət siyasətə qayıdır


“Lalə Şövkət Hacıyeva yaxın vaxtlarda yeniliklərlə bağlı çıxış edəcək. O, hal-hazırda Azərbaycan üçün islahatlar proqramı hazırlayır. Lalə xanımın hazırladığı islahatlar proqramının tərkibinə daxil olan təklif isə Azərbaycan üçün gözlənilməz bir təklif olacaq. Bu, Azərbaycanda bir çox siyasətçilər tərəfindən dərk edilməsi çətin olan gözlənilməz islahatlar təklifi olacaq”.

2db7f4c2-6447-45b1-8223-35d928d5a2b6_cx0_cy5_cw0_mw1024_mh1024_s

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temİrxan deyib.
Onun sözlərinə görə, ALP-nin lideri Lalə Şövkət köklü iqtisadi islahatlar yolunu tutub.

“Əsas məqsəd Azərbaycanda milli və siyasi birliyə, barışığa nail olmaqdır. Bu islahatlar həm dövlətimizə həm də xalqımıza xidmət edəcək. Əgər Lalə xanımın təklifinin səsləndirilməsi üçün yaxın zamanlarda münbit şərait olacaqsa, nəticəsi də ürəkaçan olacaq”