“Jurnalistin ailəsinə qarşı əxlaqsızlıq” – FOTO


1488004460_16923739_1915852772019657_1577691406_n

Hazırda həbsdə olan “Jam.az” saytının redaktoru, jurnalist Fikrət İbişbəylinin (Fərəməzoğlu) xanımı Faiqə Nösrətiyə qarşı təxribat edilib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Siyasi Hüquqların Müdafiəsi Bürosu-nun (SHMB) rəhbəri Ələddin Qarayev bildirib. Ə. Qarayev qeyd edib ki, ”Facebook” sosial şəbəkəsində saxta pforillə jurnalistin xanımı rəqqasə kimi təqdim olunub və mobil nömrəsi yerləşdirilib:
“Jurnalistin ailəsinə qarşı əxlaqsızlıq”  - FOTO
“Bu jurnalist Fikrət İbişbəylinin (Fərəməzoğlu) ailəsinə qarşı növbəti təxribatdır. Siyasi Hüquqların Müdafiəsi Bürosu (SHMB) olaraq həbsdə olan Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqe Nosreti xanımın son 7 ayda üzləşdiyi təzyiqlər, təhdidlər, şantajları və qeyri- əxlaqi hərəkətləri pisləyir, bu hərəkətlərin durdurulmasını və səbəbkarların məsuliyyətə cəlb olunmasını aidiyyatı qurumlardan tələb edirik!”