Avropa Parlamenti Marin Le Peni toxunulmazlıq hüququndan məhrum etdi


Avropa Parlamenti Fransa prezidentliyinə ən şanslı namizədəlrdən olan Marin Le Peni toxunulmazlıq hüququndan məhrum edib.

le-pen-300x189

Xalq Cəbhəsi Partiyasının sədri Le Penlə bağlı bu tələb Fransa prokurorluğu tərəfindən irəli sürülmüşdü.

Prokurorluq Marin Le Peni zorakılıq aktlarını əks etdirən təsvirləri yaymaqda ittiham edirdi.

Belə ki, 2015-ci ilin dekabrında xanım deputat «Twitter» hesabından əsirlərin İŞİD-çilər tərəfindən öldürülmə anını göstərən fotolar paylaşmışdı.

Le Penin tərəfdarları Avropa Parlamentinin məlum qərarından təəccüblənmədiklərini, seçki öncəsi rəqiblərin güclü namizədə qarşı hərəkətə keçdiyini bildiriblər.