Türkiyədə 3500-dən çox İŞİD terrorçusu həbs olunub


Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən indiyədək 3500 nəfərdən çox İŞİD terror qruplaşması yaraqlısı həbs olunub.

Bu barədə ölkənin baş naziri Binəli Yıldırım məlumat verib.
O qeyd edib ki, terrorçuların həbs olunması sayəsində ölkədə qətl və digər cinayətlərin qarşısı alınıb, həmçinin əlavə edib ki, Türkiyə hakimiyyəti 50 mindən çox İŞİD əlaltısının sərhədləri qanunsuz keçməsinin qarşısını alıb.