Hollandiyada Türkiyə hökümətinə referendumla bağlı toplantı keçirməyə izin verilmədi


Almaniyanın ardınca  Hollandiya höküməti də Türkiyə rəsmilərinin Rotterdamda referendumla bağlı keçirmək istədikləri tədbirə izin verməyib. Hollandiya hökümət rəsmisi “Reuters”ə açıqlamasında qeyd edib ki, bu qərar ən qısa zamanda Ankaraya çatdırılacaq.

turkish_foundation_in_amsterdam_-_turkse_stichting_in_nederland


Onu da qeyd edək ki, Rotterdamda planlaşdırılan görüş martım 11-nə nəzərdə tutulmuşdu və toplantıya xarici işlər naziri Mevlüt Çavuşoğlunun qatılması gözlənilirdi. Xatırladaq ki, Ədliyyə naziri Bəkir Bozdağ və İqtisadiyyat naziri Nihat Zeybekcinin də Almanyadakı toplantıları da iptal edilmişdi