Avropa qaçqınları Gürcüstana köçürmək istəyir – TƏKLİF


Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklif edib.

_88578067_europe_migrant_numbers_mar2016


S. Kurt bunu Almaniya Xristian-Demokrat Partiyasının üzvü Yens Şpan ilə “Bild” qəzetinə birgə müsahibəsində bildirib.

S. Kurts deyib ki, Avropa İttifaqı sərhədlərindən kənarda BMT Qaçqınlar üzrə BMT Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə fəaliyyətin həyata keçiriləcəyi qaçqınlar üçün mərkəz yaradılmalıdır: “Əsas odur ki, Avropaya qeyri-leqal yolla gəlməyə çalışan insanlar həmin mərkəzə göndərilə bilsin. Belə mərkəzlər Gürcüstan, Misir, yaxud Qərbi Balkan ölkələrində yaradıla bilər”.

S. Kurts qaçqınlar üçün Aralıq dənizi marşrutunun bağlanılmalı olduğunu vurğulayıb.

Y. Şpan isə bildirib ki, Avropa İttifaqı Şimali Afrika ölkələri ilə Türkiyəylə olduğu kimi miqrasiya sazişi imzalanmalıdır.