Beşinci maddə qüvvəyə minir: NATO-dan Rusiyaya savaş elanı


„Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi təcavüz aktı kimi qiymətləndirilə bilər”.
1027722934
Bunu NATO qüvvələrinin Avropadakı Ali Baş Komandanının müavini, general Adrian Bredşou deyib.
Britaniyalı general seçkilərə müdaxiləni aşkar təcavüz aktı adlandırıb və bildirib ki, bu, NATO nizamnaməsinin beşinci maddənin tətbiqinə gətirib çıxara bilər. O, həmçinin qeyd edib ki, Rusiya hərbi alyansa üzv ölkələr üçün hibrid təhlükə yaradır.
Xatırladaq ki, yanvarın 6-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən hazırlanmış məruzənin məxfilikdən çıxarılmış versiyası dərc edilib.
Məruzədə iddia olunur ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-da siyasi prosesə təsir etmək və Donald Trampın qələbəsi üçün onun rəqibi Hillari Klintonu rüsvay etmək məqsədi ilə kampaniyanın aparılması barədə şəxsən göstəriş verib.
Moskva isə bütün ittihamları rədd edir.