Avropa Şurası:Türkiyədə konstitusiyaya dəyişiklik edilməsi təhlukəli addımdır


Avropa Şurası Türkiyədə konstitusiyaya dəyişiklik edilməsi təklifini geriyə doğru təhlükəli addım adlandırıb.

download


Qurumun bəyanatında bildirilir ki, prezidentə parlamenti buraxmaq səlahiyyəti verəcək dəyişikliklər demokratik prezident sisteminə tamamilə yaddır.

Şuranın qərarı 1950-ci ildən 47 ölkənin üzv olduğu qurumda yer alan Türkiyə üçün icbari deyil.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə qüdrətli bir prezidentliyin ölkədə sabitliyin qorunması və əvvəlki zəif koalisiyalara yol verilməməsi üçün zəruri hesab edir.

Opponentlər dəyişikliklərin Türkiyədə hakimiyyətin bir əldə cəmləşəcəyini deyərək, bunu fundamental hüquqlar və azadlıqlara zidd adlandırır.
Türkiyənin xarici işlər naziri qarşıdan gələn referenduma dəstək məqsədi ilə Hollandiyaya səfər edəcəyini bildirib.

Mevlut Çavuşoğlu CNN Türk kanalına müsahibəsi zamanı deyib ki, Rotterdamda referendumu dəstəkləyən Türkiyə vətəndaşları ilə görüşəcək.

Nazir səfərinə icazə verilmədiyi təqdirdə Niderlanda ağır sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlır verib.