Hakim ailəyə məxsus “Azəryodbrom”zavodunun işçiləri aksiya keçirib


184625_src

Neftçaladakı “Azəryod” MMC-nin fəhlələrinin istehsalı dayandırmadan xəbərdarlıq tətili etmələri barədə məlumat vermilmişdlr.

Şirvandan aldıgımız   məlumata görə, hakim ailəyə məxsus olan Neftcala Yod Brom zavodu keçən ildən   zavod fəhlələrinin yanvar ayına olan əmək haqqı borcları ödəməyib

Xatırladaq ki, ötən gün səhər saatlarında zavodun 220 nəfərə yaxın fəhləsindən 150 nəfərə yaxını iş yerlərinə getməyib zavodun həyətinə toplaşaraq bayram ərəfəsi olduğu üçün dekabr ayından bəri ödənilməyən əmək haqlarını tələb etmişdilər. Onlar zavodun işi iflic olmasın deyə, zəruri istehsalat sahəsində olan həmkarlarını iş yerlərində saxlasalar da, aksiya 4 saata yaxın çəkmişdi.

“Azəryod” MMC-nin texniki direktoru Elşən Sultanov narazı fəhlələrlə görüşərək zavodun iqtisadi durumunun ağır olduğunu bildirmiş və gecikmiş əmək haqlarının 3 gün ərzində ödəniləcəyinə rəhbərlik adından söz vermişdi.

Onu da qeyd edək ki, vaxti ilə dövlətə məxsus olan  Neftçala “Azəryod” MMC Rusiyada yaşayan məşhur iş adamı , hakim ailənin ən yaxın adamı milyarder İsgəndər Xəliova məxsusdur. Zavod texniki və kristallaşmış yod istehsal edir.