Avropa internet nəhənglərinin fəaliyyətini araşdıracaq


ABŞ-ın Alman avtomobil nəhəngi “Volkswagen”ə emissiya cəzası kəsməsindən sonra Avropa Birliyi (AB) ilə başlayan iqtisadi soyuq müharibə yenidən alovlanır.

facebook

AB dünyanın ən böyük internet nəhənglərindən Google, Facebook və Twitter başda olmaq üzrə, ABŞ-ın böyük şirkətləri üçün dərin bir araşdırma başladıb. Aparılan araşdırma çərçivəsində şirkətlərin Avropada gizlilik, qadağan və ya nifrət məzmunlu paylaşımların hansı müddətdə qaldırıldığına nəzarət edilir.

Səlahiyyətlilər 2016-cı ilin dekabr ayında şirkətlərə məktublar göndərərək bəzi xidmət şərtlərinin AB istehlakçı qoruma qanunlarına zidd olduğunu bildirib.

Onlar həmçinin şirkətlərin saytlarında oğurluq və fırıldaqçılığa maneə törədə bilmək üçün daha çox işlər lazım olduğunu xatırladıb. Keçən aylarda AB ilə ABŞ arasındakı böhran ABŞ-ın “Volkswagen”ə emissiya cəzası kəsməsiylə başlamışdı.

Buna qarşılıq olaraq AB ABŞ-lı texnologiya nəhəngi “Apple”ə 13 milyard avro cəza kəsmiş, ABŞ da buna “Deutsche Bank”a 14 milyard avro cəza kəsilməsiylə cavab vermişdi. Böhran ABŞ-ın 185 böyük şirkətinin icraçı direktorunun təmsil edildiyi “Business Roundtable” qrupunun AB səlahiyyətlilərinə “cəza tətbiqi Avropadakı qeyri-müəyyənliyi artıracaq, qitəyə edilən investisiyalara çox pis təsir göstərəcək” açıqlamasıyla nəticələnmişdi.