Rəcəb Babaşov sizə sualımız var


Rəcəb Babaşovun Qazax rayonuna İcra başçısı təyin olunmasından artıq 10 ay keçir.Bu qısa fəaliyyəti dövründə Rəcəb müəllimin işgüzarlığı və bacarığı sayəsində rayonumuzun abadlaşdırılası sahəsində çox böyük işlər görülmüşdü..
.Rəcəb müəllim qısa zamanda Qazaxda illərlə görülməmiş və yarımçıq qalmış işləri gördü.Buna əyani misal olaraq Birinci Şıxlı kəndli Fermer təsərüffatının yaradılması,Zili fabrikinin yenidən inşa olunması,Kosalar kənd avtomobil yolununçəkilməsi, Şəhidlər xiyabanının Əsaslı təmiri, sərhəd kəndlərimizdə müdafiə xarakterli sədlərin çəkilməsi eyni zamanda evlərin abadlaşdırılması və s. Ümumiyyətlə Rəcəb müəllimin saymaqla bitməyən və Qazaxlıların böyük rəğbət və hörmətlə qarşıladığı bir çox işləri sadalamaq olar.

Amma təssuflər olsun ki Rəcəb müəllimin gördüyü işlərə kölgə salan məqamlar da yox deyil. Əvvəlki İcra başçılarının ətrafında hörülən hörümçək torunun artıq Babaşovun da ətrafında hörülməsi rayon ictimaiyyəti tərəfindən hiss olunmaqdadır.

Məmməd Alıyev kimdir?

Qazax rayon İcra Hakimiyyətində Ərazi İdarəetmə və Yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Alıyev (Dəlibaşov)Məmməd Oruc oğlu.
Dəlibaşov Məmməd 1992 ci ildə Qazağın Əksipara kəndi uğrunda gedən döyüşlərdə könüllü polis sıralarında olarkən oradan torpaqlarımız uğrunda gedən döyüşlərdən qaçaraq özünü xəstəliyə vurub Elə həmin dövrdən də ona el arasında Dezertir Məmməd deyillər.

2007-ci ildən, bu yana Qazax rayon İcra hakimiyyətində şöbə müdiri işlədiyi dövrdə Məmməd Alıyev Qazağın baş korrupsioneri funksiyasını daşımış Rayon mərkəzində Bağça yerlərinin satılmasından tutmuş ən bahalı obyekt yerlərinin satılmasınadək baş rolun ifaçısı olmuşdur. Qısa fəaliyyəti dövründə dövlətə dırnaqarası xidmət etməklə yanaşı dəyəri yüz min manatlarla ölçulən varidata sahib olmuşdur.Sadaladıqlarımıza əyani misal olaraq Qazağın Heydər əliyev prospektində 3 otaqlı bina evi, Xanlıqlar kəndində dəyəri 150 min manatlıq villa, hal hazırda Qazax gəncləri arasında avtoş Elnur adı ilə tanınan və Rəcəb müəllimin yeni İcra başçısı təyin olunduğu dövrdə avtoxuliqan kimi həbs edilən,mərhum polis rəisi Natiq müəllim tərəfindən rayon səviyyəsində ifşa olunan və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələnən Elnur Alıyevin (Məmməd Alıyevin oğlu) hal hazırda idarə etdiyi 55 min manatlıq Hundai Santafe, Canallı massivində həmçinin çinar dibi deyilən ərazidə torpaq sahələri,Heydər Əliyev prospektində Zəfəran apteki və Bakı şəhəri Gənclik meydanı ərazisində 170 min manat dəyərində mənzil və s Hələ bu sadaladıqlarımız M. Alıyevin varidatının bir hissəsidir.

Məqaləmizin qəhrəmanı təhsil sahəsində də bir sıra məmmədsayağı uğura imza atmışdır.Hansı ki,dezertir Məmməd oğlu Elnuru da özü kimi fərari etməyi bacarmışdır.TQDK nın test imtahanlarından heç bir nəticə əldə etməyən oğlu Elnur Alıyevi çirkin yollarla topladığı pullar hesabına Ukraynanın Xarkov şəhərində adı bəlli olmayan institutların birinə qəbul etdirmiş,bir il sonra 50 min dollar pul vermək müqabilində Azərbaycan İqtisad Universitetinin əyani şobəsinin ikinci kursuna dəyişdirmişdir. Əyani şobədə təhsil alan oğlu əyani oxumağına baxmayaraq hal hazırda Qazax şəhərində avtoşluğunu davam etdirir.

Rəcəb Babaşova bir neçə sualımız var?

1.Müdafiə və vətənpərvərlik sahəsində gördüyünüz işlərə hal hazırda gözünüzün işığı olan Dezertir Məmməd kölgə salmırmı?
2.Rüşvətxorluğa qarşı mübarizənizi dəyəri yüz minlərlə ölçülən sərvətin sahibi,Qazaxda butun ruşvət olaylarının baş qəhrəmanı Məmməd Alıyevdən başlamağınız daha doğru olmazdımı?
3.Təhsildə apardığınız islahatlarla yanaşı Məmməd Alıyevin 50 min dollarlıq maxinasıyasından xəbərdarsınızmı?
4.Kadr siyasətinizdə adları dəfələrlə korrupsiya faktlarında hallanan Yaşar Əfəndiyevlərin,Barat Vəliyevlərin sizə saf insanlar kimi təqdim olunmasında Məmməd Alıyevin üfunət dolu nəfəsi ilə qarşılaşmadınızmı?
5.Mohtərəm prezidentimiz cənab İlham Əliyevin Qudurğan məmur ovladları haqda: dediklərinə uyğun olaraq Məmməd Alıyevin axtoxuliqan oğlu barədə tədbir gördünüzmü?
6.Qazax rayon ictimaiyyəti tərəfindən daim bir korrupsioner kimi lənətlənməsinə baxmayaraq daha yuksək vəzifəyə etimad göstərmək istədiyiniz Məmməd Alıyevin kimliyi və hansı əməllərin sahibi olduğu haqda heç dərindən maraqlanmadınızmı?

Hörmətli Rəcəb müəllim!

Qazax ictimaiyyəti yuxarıda sizə ünvanlanan suallar barədə yaxşı düşünüb qərar verəcəyiniz qənaətindədir