Türkiye vatandaşı Azerbaycan yaşadığı haksızlığa üzünden intihar etmek istiyor VİDEO


Bu gün Dənizkanarı bulvarda intihara cəhd hadisəsi baş verib.

İntiharı həyata keçirmək istəyən Türkiyə vətəndaşı olub.

Yavuz-Yağcı-300x259

Türkiyədən Azərbaycana  iş qurmaq niyyəti ilə gələn Yavuz Yağcı 30 min manat pulunun mənimsənilməsini bildirir. Türkiyə vətəndaşı azərbaycanlı Mehman Həsənov tərəfindən aldanıldığını iddia edir. Onun bildirdiyinə görə 3 il ərzində evindən, ailəsindən didərgin düşüb. Yanvarın 28-də Daxili İşlər naziri Ramil Usubovubn qəbulunda olarkən nazir tapşırıq verib ki, 10 gün ərzində ona dəymiş ziyan ödənilsin. Amma hələ də pul ödənilməyib. Yavuz Yağcının deməsinə görə, Bakı Şəhər Baş Polis İdarəsində ona qarşı zorakılıq olunub. Onu təhqir ediblər. Bir gün polis idarəsində saxlanılıb.

Bütün bu özbaşnılıqlara görə intihar etmək istəsə də, sonradan fikrindən daşınıb. Yavuz Yağcı martın 30-dan isə fasiləsiz aclıq aksiyasına başlayacağını da bildirib.

Məlumatı əldə edərkən gec olduğu üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmadı. Məsələni gündəmdə saxlayacağıq.