09 APREL MITINQINƏ 50 MIN INSAN QATILACAG


mitinq-11-sentyabr-2016-1

Milli Şura mitinqlərə başlamaq haqda qərar qəbul edib. Qurum ilk mitinqin vaxtını da elan edib.

09 Aprel  saat 15:00-da “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinq İcra Hakimiyyətilə razılaşdırılacaq. Gəlin, birlikdә ailə hakimiyyətinin ömürlük olmasına konstitusion “əsas” yaradılmasına, artıq dözülməz həddə çatmış sosial-iqtisadi problemlərə etiraz edək, ölkədə köklü islahatlar, “Korrupsiyaya qarşı Sülalə hakimiyyətinə qarşı və Siyasi həbslərə  yox! Talana son!” tələb edək

Azərbaycanda məmur özbaşnalıgından korrupsiyadan,YAP hakimiyyətinin siyasi sifarişli həbslərindən , talanindan bezən 100 minlərlə ölkə vətəndaşları sosial şəbəkələrdə  Milli Şuranın Aprel ayının 09 da  keçirilməsi nəzərdə tutulan mitinqləriinə qatılacaklarını iftixar hissiylə söyləyirlər.

Coxları bu mitinqdə ailəlikcə iştirak edəcəklərini belə iftixar hissi ilə söyləyirlər.

 

Sosial şəbəkələrdə aparılan müşahidlələr bunu deməyə imkan verir ki Xalqımızın  əksəriyyəti Ümumi Xalq mitinqinə qatılmaq niyyətindədir.
Bu arada xaricdə yaşayan Azərbaycanlılardan Milli Şuranın aprel ayında keçırəcəyi planlaşdlrilan mitinqinə böyük dəstək gəlib.
Qərara alınıb ki hər ay  ayrı ayrı Avropa ölkələrində Azərbaycan səfirlikləri qarşısında YAP hakimiyyətinin korrupiya əməllərinə qarşı və hakimiyyətin sifarışlı siyasi həbslərlə baglı apardıgı çirkin konpanyaya qarşı  aramsız mitinglər başladılsın
 
 
Azadliq partiyasının GT sədri  Məmməd Məmmədov