Almaniya bir cox mühacirləri deportasiya etməyə hazırlaşır


asdf543ewdfrgAlmaniyanın Türkiyədən olan mühacirləri deportasiya etmək üçün plan hazırladığı iddiası ortaya çıxıb.

 

İddiaya görə 16 apreldən sonra ifrat miilətçilik edərək, qarışıqlıq salan mühacirləri Türkiyəyə geri göndərəcəklər.

Türkiyənin “Hürriyət” qəzetinin yazdığına görə, Almaniyanın daxili kəşfiyyat təşkilatı olan  Federal Konstitusiyanı Qoruma Təşkilatı (BfV) Türkiyədəki 16 aprel referendumu ilə bağlı bir hesabat hazırlayıb. Hesabatda PKK və “ifrat sağçı qrupların” Almaniyada tutduqları mövqeyə görə açıq “qarşıdurma” yarada biləcəkləri xəbərdarlığı edilib.

Terror təşkilatı simpatizanları ilə milliyyətçi türklər arasında yaşanan bu gərginlik Alman dövlətinin mühacirləri deportasiya etmə planında ilk yeri tutur. Ortaya çıxan kəşfiyyat hesabatı ilə bağlı bu xəbərlər Almaniyada yaşayan Türk vətəndaşlarını olduqca narahat etməyə başlayıb.