Sankt-Peterburq metrosunda partlayış: 10 ölü, 50 yaralı FOTO VİDEO


“Evronews”in xəbərinə görə, partlayış iki müxtəlif stansiyada və iki müxtəlif xəttə olub baş verib.
 
***

Rusiyanın Sankt-Peterburq şəhərində, metroda partlayış baş verib. Partlayış “Sennaya meydanı” stansiyasında vaqonlardan birində olub. Nəticədə 10 sərnişin ölüb,  50 nəfər isə yaralanıb.

Stansiya bağlanıb və sərnişinlər stansiyadan çıxarılıb.

Partlayışın səbəbi barədə hələlik hər hansı məlumat yayılmayıb.

Maraqlıdır ki, partlayış Rusiya prezidenti Putinin şəhərə səfəri ilə üst-üstə düşür. Putin Peterburqda təşkil edilən bir ictimai forumda iştirak və çıxış edib. Metrodakı partlayış Putin çıxışını bitirməyə 15 dəqiqə qalmış baş verib.

azadliq.info