Milli Şuranın Aprel mitingi ilə baglı Prezident Aparatında gizli toplantı


Demokratik qüvvələrin Milli Şurasının aprelin 09  saat 15.00 təyin etdiyi etiraz mitingi YAP və Hakimiyyət  daxilində cox böyük narahatlıga səbəb olub.

6dce0d839671

Aprelin 09  də Milli Şuranın keçirəcəyi  mitinglə baglı Prezident Aparatında  güç strukturlarının rəhbərlərinində qatıldıgı  məxvi müşavirə keçirilib.Mənbənin verdiyi məlumata görə müşavirədə çıxış edən PA icra strukturunun rəhbəri Ramiz Mehdiyev əsəbi halda məmurlara səslənib və qeyd edib ki  “Hakimiyyət daxilində insanları narazı salan qüvvələr var” O səbəbdən “Müxalifətin bu mitinqi əvvəlki mitinqlərdən  fərqlənə bilər ”.
Müşavirədə danişan Mədət Quliyev qeyd edib ki bizdə olan  məlumata görə “Mitinqə qatılacak  insanların bir   coxu  AXCP üzvləri və ya Əli Kərimlinin tərəfdarları olmayacaklar   sosial-iqtisadi vəziyyətdən narazı olan insanların böyük əksəriyyəti mitingə qatılacaklar.

Qeyd edilib ki  hakimiyyət daxili qüvvələr arasında bu narazılığı qəsdən yaradanlar var. Indi biz  məhz bu məsələ üzərində işləməliyik.

Etibarlı mənbədən aldıgımız digər xəbərdə bildirilir ki ,dünən axşam saatlarında Ramiz Mehdiyevin qəbuluna çagırılan  dini islər üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlıya prezident adından mühüm göstəriş verilib.

O Bakının Sovetskı tərəfində yerləşən məscidin fəalliyətinin dayandırılması və sökulməsi haqqında təcili göstəriş alıb.

Verilən qərarın isə Milli Şuranın ayın 09 təyin etdiyi mitinqin nəticəsinə uygun aparılacagına dair Mubariz Qurbanliya göstəriş verilib .

Mübarız Qurbanlı işin icrasına başlayıb.Etibarlı mənbənin sözlərinə görə Sovetski məscidinin fəalliyətinin dayandırlıb  sökülməsinə dair Mubariz Qurbanlı tərəfindən Qafqaz müsəlmanları baş idarəsinə  göndərdiyi rəsmi məktub artıq Allahşükür Paşazadənin  masasının üzərindədlr.

Qalıb məktubun icra olunması.O isə mitinq sonrası baş tutacaqdır deyə etibarlı mənbə bildirib