Mehman Hüseynov hәbsdә saxlandı; blogger mәhkәmәdә nәlər dedi? TAM MӘTN


Bakı Apellyasiya Məhkəməsi tanınmış blogger, “facebook”dakı “Sancaq” səhifəsinin admini Mehman Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin hakimləri Vaqif Mursaqulov, Həsən Əhmədov və Faiq Qasımovdan ibarət hakimlər bloggerin vəkillərinin apellyasiya şikayətinin təmin olunmaması və hökmün qüvvədə saxlanması haqda qərar çıxarıb.

Bloggerin vəkili Elçin Sadıqovqərarın qanunsuz olduğunu bildirib: “Məhkəmənin qərarını qanunsuz hesab edirik və kassasiya şikayəti verəcəyik. Tamamilə əsassız, qanunsuz, heç bir hüquq normalarına sığmayan qərardır. Kassasiya şikayətimiz təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyik. Ümumiyyətlə, Avropa Konvensiyasının 10-cu maddəsi ifadə azadlığına görə şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını qadağan edir. Azərbaycan hökuməti son zamanlar Cinayət Məcəlləsinin 147-ci maddəsindən jurnalistləri susdurmaq üçün istifadə edir”.

Qərar elan olunarkən məhkəmədə iştirak edən AXCP sədri Əli Kərimlidə qərara münasibət bildirib: “Bu qərar göstərdi ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur. Azərbaycan məhkəmələri ölkədəki repressiya aparatının tərkib hissəsidir. Mehman Hüseynova qarşı qərəzli qərarı qüvvədə saxlamaqla apellyasiya məhkəməsi də bunu sübut etdi. Mehman Hüseynovun qondarma ittihamla həbs olunması korrupsionerlərin ondan qisas almasıdır. Mehman bəyin məhz korrupsiyanı ifşa edən materiallara görə cəzalandırılması sübut edir ki, Azərbaycandakı hakimiyyət xalqın yox, korrupsionerlərin hakimiyyətidir. Bu hakimiyyət korrupsionerləri himayə edir. Ona görə də korrupsionerləri ifşa edənlər cəzalandırılır”.

Xatırladaq ki, Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin iddiası əsasında iki il həbsə məhkum edilib
Polis rəisi iddia edir ki, Mehman idarənin əməkdaşlarının başına torba keçirərək onu oğurladığını, daha sonra idarədə işgəncələrə məruz qaldığını deməklə böhtan atıb.

Mehman isə məhkəmədə ittihama belə münasibət bildirib:

“Burada hakimlər “doğru” qərar verdilər ki, apellyasiya şikayətinə məhkəmə istintaqı olmadan baxılsın. Çünki burada istintaq aparılsaydı, mənim günahkar olmadığım ortaya çıxacaqdı. Mən isə günahsız olduğumu bilirəm, siz istintaq aparmadınız, amma mən öz istintaqımı çıxışımla edəcəm və günahsızlığımı sübut edəcəyəm. Son illər polisin siyasəti belədir ki, insanları məcbur edirlər ki, qatığa qara dedirtsinlər. 

Deməyənə işgəncə verirlər, sınıdırırlar. Amma mən o vətəndaşlardan deyiləm. Səkkiz ildir jurnalsitika fəaliyyəti ilə məşğulam. Bu işə başlayanda bilridim ki, əziyyətlər, təzyiqlər olacaq, bu iş mənə çox baha başa gələcək. 

Çünki Azərbaycanda söz azadlığının qiyməti çox bahadır. İnternetdə axtarış versəniz, 100-lər məlumat var ki, Mehman oğurlanıb, Mehman sərbəst buraxılıb. Nəsimi polisi ikinci dəfə idi ki, məni oğurlayırdı. Birinci dəfə oğurlayanda da çıxıb idarənin düz qarşısında demişdim ki. polis məni oğurlayıb idarəyə aparıb. Bu da bir çox saytlarda var. Nəyə görə o vaxt çıxıb demədilər ki, biz oğurlamamışıq. Mənə hətta olub ki, polisdə ata silləsi də vurublar. Bu barədə heç yerdə məlumat verməmişəm. Demişəm ki, vurublar, vurublar da.
2016-cı il sentyabrın 12-i, ya da 13-də Məmməd Araz küçəsində Bakı Şəhər Baş Polis İdarəsinin işçiləri yenə məni oğurlayıb aparmışdılar. Cinayət axtarış idarəsinin rəis müavini mənə alçaldıcı sözlər dedi və xəbərdarlıq etdi ki, polis haqqında mənfi məlumatlar yaymayıb. Onu da tapşırdı ki, bu barədə heç kimə məlumat verməyim. Vəkilim bununla bağlı şikayət vermək istəyəndə onu məcbur etdim ki lazım deyil. Yəni mənim polisə qarşı qərəzim, yoxdur ki, böhtan atım. Başıma nə gəlibsə, onu demişəm. Məni xüsusi ittiham qaydasında məhkəməyə verib tutduran Musa Musayevi isə ümumiyyətlə tanımıram”.

M.Hüseynov bildirib ki, ona qarşı təxribata 2016-cı ilin dekabr ayında da cəhd ediblər. “Bərbərxanaya gedərkən məni bir nəfər polis əməkdaşının izlədiyini gördüm. Onu əvvəldən tanıyırdım deyə, nəsə təxribat olacağını təxmin etdim. Bərbərxana olarkən də güzgüdə onun küçədə gəzişdiyinidan müşahidə etdim. Bərbərlərə dedim ki, çıxandan sonra məni izləyərsiniz, nəsə olsa baxın. Dedilər ki, narahat olma, burada kamera var. Nə olsa çəkilişi verərik. Bərbərdən çıxandan qarşıdan gələn saqqallı, banditə oxşayan bir nəfər mənə çiyin atdı və qolumdan tutdu. Təxribata çəkmək istəsə də, ona fikir vermədən qaçdım. Mənim qaçmaq üçün yaxşı potensialım var. Sonradan öyrəndim ki, məqsəd məni həbs etmək olub və sutkalıq həbs cəzası verərək, yeni il bayramını həbsdə keçirməyimə çalışıblar. Bundan sonra bir neçə gün evdən çölə çıxmadım. Polisdə çəni istəylnlər də az deyil. Yanvarın 5-də tanışlarımdan birinin dostu olan polis əməkdaşı xəbər göndərmişdi ki, mənə qarşı təxribat hazırlanır. Tək gəzməməyimi məsləhət görmüşdü. Mən də elə edirdim. Yanvarın 9-da da yanımda dörd nəfər var idi

Evdən çıxandan bizi maşınla izlədiklərini görmüşdüm. Amma dostlarıma demədim ki, pamikaya düşməsindlər. Axşam saat 19.00 radələrində dostlarımdan ayrıldım, başqa bir tanışla görüşməli idim. 

Ona zəng etdim, hətta sms də yazdım. Bu zaman mənimlə BŞBPİ-də söhbət aparan polis əməkdaşını gördüm. Bildim ki, təxribat olacaq, qaçmaq istəyəndə 7-8 nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq başıma torba keçirdilər. Açıq damar olan ağağıma eletro-şok – iynə də ola bilərdi – vurub yerə yıxdılar

Mən qışqıraraq kömək istəyəndə 30-40 nəfər adam yığışdı. Bu onların gözü qarşısında baş verib. Bir xeyli şəhərdə fırlandıqdan sonra məni bir yerə gətirdilər. Ancaq başımdan torbanı çıxarmadılar. Həm yolboyu, həm də aparıldığım yerdə ağzıbağlı, başımda torba, başım aşağı əyilmiş vəziyyətdə saxlayırdılar. Hətta idarədə bir nəfər üstümə uzanaraq daha çox əzab verirdi. 

Məni təhqiramiz formada videoya da çəkib gülürdülər. Sonra başımdan torbamı çıxardılar. Əvvəlllər burada olduğum üçün bildim ki, Nəsimi RPİ-dəyəm və özümdən getdim. Sonra mənən su vurub özümə gətirdilər. 

Açıq damar olan ayağıma elektroşok verdiklərinə görə sudurğa tutmuşdu. İndi xüsusi ittihamçının nümayəndəsi deyir ki, guya polis humanistlik göstərərək mənə təcili yardım çağırıb. Amma onlar gördülər ki, ölürəm həkim çağırdılar. 

Mən neçə ildir ki, açıq damardan əziyyət çəkirəm. Şəxsiyyət vəsiqəm olmadığına görə də əməliyyat oluna bilmirəm. Heç bir xəstəxana qəbul etmir. Hətta polisdən xahiş etmişdim ki, bir günlük vəsiqə versinlər, lap polis də yanımda əməliyyat olunum, sonra yenə alsınlar əlimdən. Yenə razılaşmamışdılar”.
M.Hüseynov şalvarını endirərək, ayağında olan açıq damarı hakimlərə də göstərib. Hakimlər isə buna ehtiyac olmadığını bildiriblər.

Mehman çıxışına davam edib: “Təcili yardım həkimi polisdə dedi ki, bu xəstəxanaya getməlidir. Dedilər ki, yox, sən ona iynə vur sakitləşsin, səhərə kimi burda qalmalıdır. 

Mənə nə olduğunu bilmədiyim iynə vurdular. O vəziyyətdə, huşsuz olduğum halda mənə hansısa sənədlərə qol çəkdirdilər. Səhər məni PPX avtomobili ilə apardılar məhkəməyə. Məni aparan polislər dedilər ki, Mehman biz səni tanıyırıq, izləyirik, səni niyə tutublar. Dedim siz bilmirsiniz”.