Azadlıq qəzetinin yayım direktoruna yeni ittihamlar irəli sürülüb


Bu gün 1 saylı Bakı İstintaq təcridxanasında Azadlıq qəzetinin yayım direktoru Faiq Əmirliyə qarşı yeni ittihamlar irəli sürülüb. Bu barədə azadliq.info-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

faiq-amirli2

İstintaq orqanı onun Cinayət Məcəlləsinin 213.1 ci maddəsi (vergidən yayınma) və 308.2-ci maddəsi (vəzifə səlahətindən sui-istifadə) ilə təqsirli bilinməsi qənaətinə gəlib. Faiq Əmirli ittihamı qəbul etməyərək, ifadə verməkdən imtina edib.