İŞİD terror qruplaşması “Əl-Qaidə” və ƏI Nusra  təşkilatına müttəfiqlik təklif edib.


Reutersin verdiyi xəbərə görə, bunu İraqın vitse-prezidenti İyad Ələvi bəyan edib.
Onun sözlərinə görə, bu barədə İraq və digər ölkələrdən məlumatlar daxil olmaqdadır.
“İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi və “Əl-Qaidə”-nin rəhbəri Ayman az-Zəvahirini təmsil edənlər arasında müzakirə və dialoq mövcuddur”, deyə İ.Ələvi bildirib.
Bununla belə, vitse-prezident terrorçu təşkilatları arasında mümkün müttəfiqliyinin detallarını açıqlamayıb.