Cudo federasyasında baş verən özbaşınalıqlar barədə Azərbaycanın sambo və cudo üzrə tanınmış idmancılarından olan veteran idmancı Akif Yaqubov söz acıb.O bildirib ki Federasya böyük yaşda olan idmançılara DİN pasport qeydiyyat şöbələrindən dogum tarıxı kiçildilərək saxta pasportlar alıb həmin idmançıları kiçik yaşlılar arasında yarışlara buraxırlar .
Buna misal olaraq Cəfər Əkbərov adlı idmançı 1997-ci il təvəllüdlü olsa da yarışlara qatılması üçün yaşı azaldılaraq 2000-ci il kimi göstərilib. Beləliklə də o, özündən üç yaş kiçik cüdoçularla yarışa qatılır və onların idman karyerasının üstündən qara bir xətt çəkir.
Bu təvəllüd dəyişikliyi təbii ki məşqçilərin və onlara havadarlıq edən işbazların işidir. Onlar bu üsulla asanlıqla uğur əldə etmək məqsədi güdürlər. Lakin bu saxta təvəllüdlü idmançılar yeniyetmə idmacilarimizin gələcək ugurlarinin qabagini alir və onlarin gələcək idman karyeralarına böyük zərbə vurmuş olurlar
Mən bu haqda cüdo federasiyasına etirazımı bildirmişəm. Lakin Federasyadan mənə Cəfər Əkbərlinin 2000 – ci il doğumlu olması haqda məlumatlı olduqlarını bildirdilər. Bildirmək istəyirəm ki, Cəfər Əkbərli bu günlərdə Avropa çempionu olmuş Hidayət Heydərovla bir sinifdə oxuyub.

Hidayət Heydərov yaşlılar arasında güləşdiyi halda Cəfər Əkbərli bu gün özündən üç yaş kiçiklərin qrupunda mübarizə aparır.

Mən Yaqubov Akif Yəhya oğlu bu məsələnin qanun çərçivəsində həll olunması üçün əlimdən gələni edəcəyimi bildirirəm və bu işdə əli olan bütün insanların cəzalanmasını tələb edəcəm.
Dövlət başçımız gənc nəslin tərbiyəsinin sağlam təməl üzərində qurulması üçün əlindən gələni edir. Fiziki cəhətdən yüksək hazırlıqlı gənclərin gələcək karyeraları üçün təhlükənin olmaması üçün rahat şərait yaradılmışdır.
Təssüflər olsun ki bəzi saxtakar mütəxəssislər bu sahədə də özlərinə kök salmağa nail olublar və istedadlı gənclərimizin yolunu kəsməklə məşğuldurlar. Digər valideynlər də bu işdən çox narazıdırlar.
İdman növlərində dəqiq qaydalar mövcuddur. On yeddi yaşlı idmançılar iyirmi yaşlılarla yarışa bilməzlər.
Məlumat ücün bildiririk ki Cudo federasyasının prezidenti Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Socar tredingin təsisci drektoru Milli Məclisin deputatı Rövnəq Abdullayevdır
Baş verən qanunsuzluklarla baglı Rovnəq Abdullayevin fikirlərini öyrənməyə çalışdık.Telefon çagrılarına ramən R.Abdullayev zənglərimizə cavab vermədi.
Mövzunu gündəmdə saxlayacıq.